Dünya
Türkiyəyə qarşı 3 ölkənin hazırladığı hərbi platformanın arxitekturası: Detallar bəlli oldu
Son günlərdə İsrail, Yunanıstan və Cənubi Kipr arasında ardıcıl təcili görüşlərin keçirilməsi, Türkiyəyə qarşı hazırlanan gizli bir plan olduğu iddiasını ortaya çıxarıb.
Publika.az xəbər verir ki, İsrailin "Ynet" və Yunanıstanın "Banking News" nəşri tərəfindən dərc edilən iki ayrı xəbərdə sözügedən 3 ölkə arasında hərbi əməkdaşlığın Türkiyəyə qarşı yeni bir çəkindirmə strategiyası olduğu iddia olunur.
Məlumata görə, üç müttəfiq, birgə sahədəki təlimləri, yüksək səviyyəli gizli görüşləri ilə və hərbi planlaşdırmanı birləşdirərək Türkiyənin Şərqi Aralıq dənizindəki artan imkanlarına qarşı mütəşəkkil bir "sürətli müdaxilə qüvvəsi" yaratmağı müzakirə edirlər.
"Ynet" bildirir ki, üç ölkə arasında ümumilikdə 2500 əsgərdən ibarət "Sürətli Reaksiya Qüvvələri"nin yaradılması planı əsas prioritetdir. Layihəyə görə, İsrail və Yunanıstan hərəsi 1000, Cənubi Kipr isə 500 əsgər göndərəcək.

Bu qüvvənin Rodos və Karpatos kimi Yunan adalarında, hərbi infrastrukturun isə İsrail və Kipr ərazilərində yerləşdiriləcəyi iddia edilir. Quru ordusu ilə yanaşı, İsrail və Yunanıstan Hərbi Hava Qüvvələri də bu plana daxildir. Həmçinin, ölkələrin hər ikisi bir hərbi gəmi və sualtı qayıq da təmin etməlidir.
"Banking News"-un iddiasına görə isə İsrail Baş naziri Benyamin Netanyahu Afinada keçirilən "gizli görüş"də bu üçtərəfli hərbi inteqrasiyanı təsdiqləyib. Hesabatda görüşün Netanyahunun göstərişi ilə baş tutduğu və İsrail Milli Təhlükəsizlik Şurasının müvəqqəti rəhbərinin və Baş nazirin hərbi katibinin yunan həmkarları ilə görüşdüyü bildirilib.
Nəşr bu görüşü “Türkiyəyə qarşı hazırlanmış üçtərəfli hərbi platformanın arxitekturası” kimi təsvir edib. Danışıqların isə Qəzza müharibəsi səbəbindən uzun müddətdir dayandırılmış təhlükəsizlik və iqtisadi əməkdaşlığın canlandırılmasına yönəldiyini bildirib. Nəşrə görə, plan həm də “Türkiyənin regiondakı təşəbbüsünü pozmaq üçün proaktiv addımlar atmaq ideyasını” da əhatə edir.

Ekspertlərin fikrincə, bütün bu planlaşdırma gerçəkləşərsə, Şərqi Aralıq dənizinin mərkəzində Türkiyə Silahlı Qüvvələrinin regional dominantlığını məhdudlaşdırmaq üçün nəzərdə tutulmuş yarı-daimi hərbi koordinasiya yaranacaq.
Xatırladaq ki, çərşənbə axşamı İsrail Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Tomer Bar Yunan və Kipr hava qüvvələrinin yüksək vəzifəli rəsmiləri ilə təcili strateji görüş keçirmişdi. İsrail mediası görüşü "Türkiyə ilə müharibəyə hazırlaşırıqmı?" başlığı ilə təqdim etmişdi.
Roza
-
Səhiyyə21:12Vəzifəli şəxs vəfat etdi
-
Nida Xəbər 20:36Qırğızıstanlı səfiri Ağdamda: Bulaqdan su içdi, şəhidlərin ruhuna dualar oxudu - FOTO
-
Magazin120:24“Hazırda “bomj” kimi bir həyat yaşayıram...”
-
Hadisə18:48Müştəri sifarişdən imtina edən taksi sürücüsünü döydü
-
Kriminal18:2432 yaşlı Diananın qətlinin DƏHŞƏTLİ TƏFƏRRÜATI: Boğazı qayçı ilə kəsilib - VİDEO
-
Nida Xəbər 15:54Paşinyan Türkiyə və Azərbaycanla sərhəddəki dəmir yolu stansiyaları ilə bağlı əmr verdi
-
Sosial15:42Əli Əsədov qərar imzaladı
-
Rəsmi xronika13:54İlham Əliyev sərəncam imzaladı


























