Dünya
Rusiyaya dost ölkə sərhəddə raketlər yerləşdirdi - Nə baş verir?
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) hazırladığı hesabatın ilkin versiyasına görə, Çin Rusiya ilə sərhəd bölgəsində əlavə 100-dən çox qitələrarası ballistik raket yerləşdirib.
Publika.az "Reuters"ə istinadən xəbər verir ki, bu, ABŞ kəşfiyyat məlumatları ilə də təsdiqlənib.
Yerləşdirilən raketlər DF-31 bərk yanacaqlı mobil raket sisteminə aiddir. Mənbələrə görə, onlar Çinin Daxili Monqolustan Muxtar Bölgəsindəki üç raket mina sahəsində yerləşir. Pentaqon əvvəllər bu obyektlərin mövcudluğu barədə məlumat vermişdi, lakin orada yerləşdirilən raketlərin dəqiq sayını açıqlamayıb.
Layihə sənədində həmçinin Çinin silahlara nəzarət danışıqlarında iştirak etmək istəmədiyi qeyd olunur. Hesabatda bu yerləşdirmənin hansı konkret məqsədlər üçün həyata keçirildiyi göstərilmir.
Qeyd edək ki, daxili Monqolustan Muxtar Vilayəti Monqolustan və Rusiya ilə həmsərhəddir. Bu bölgədəki bütün Çin-Rusiya sərhədi Zabaykal diyarından keçir. Borzya şəhərindəki sərhəd bölgəsində bir neçə Rusiya hərbi hissəsi yerləşir.
Adəm
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək
-
İdman12 Noyabr 22:30Toral Bayramov: "Sabah xalqımızı sevindirmək istəyirik"
-
Avropa12 Noyabr 21:36Britaniya xüsusi təyinatlılarını qorxudan detal - Əməliyyatlar zamanı nə baş verir?
-
Region12 Noyabr 20:40Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu - FOTO
-
Sosial12 Noyabr 20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi
-
ABŞ12 Noyabr 19:00Ağ Evin yaxınlığında atışma - Yaralılar var





































