İlham Əliyev Dublində Litva lideri ilə görüşdü
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Dublində Litva lideri ilə görüşdü

İlham Əliyev Dublində Litva lideri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub.

Publika.az xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulandı, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlığın inkişafı üçün daha böyük potensialın mövcudluğu qeyd edildi.

Azərbaycanın və Litvanın dövlət başçıları regional sülh gündəliyi, ikitərəfli münasibətlər və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişləndirilməsi barədə fikir mübadiləsi apardılar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm