Britaniyalıları dəli edən varlı türk cütlüyü: Əhali onlara görə köçür
Bizi izləyin

Dünya

Britaniyalıları dəli edən varlı türk cütlüyü: Əhali onlara görə köçür

İngiltərənin Kotsvolds bölgəsindəki Bibury kəndində, ölkənin ən gözəl küçəsi adlandırılan yerd bir evin təmiri, səs-küy və yolların bağlanması 2023-cü ildən bəri yerli sakinləri narahat edir.

Publika.az “Milliyyet”ə istinadla xəbər verir ki, Bibury kəndində əmlak qiymətlərinin orta hesabla 1,5 milyon funt sterlinqə başa gəldiyi bir evin sahibinin varlı türk cütlüyü Gülbin və Metin Dener olduğu ortaya çıxıb.

2022-ci ildə Biburydəki kənd evini 1,1 milyon funt sterlinqə alan cütlük, 2023-cü ildən bəri davam edən təmir işləri səbəbindən yerli sakinləri narahat etməkdə ittiham olunur.

Britaniya sakinləri Dener cütlüyünü təmir işləri zamanı səs-küy salmaqda, yolları materiallarla bağlamaqda və II dərəcəli tarixi kotteclərində yerli memarlığa zidd olan dəyişikliklər etməkdə ittiham edirlər. Qonşular həmçinin yerli şuranı bütün bunlara icazə verdiyinə görə tənqid edirlər.

Həyatları alt-üst olduğuna görə evlərini satmağı düşünən Britaniya sakinləri məsələni işıqlandıran “Daily Mail” qəzetinə bildiriblər: “Dener cütlüyü burada yaşamır, sadəcə ara-sıra gəlirlər, ona görə də təmir işlərinin yaratdığı dəhşətli səs-küyü və digər problemləri biz yaşayırıq. Bəs hökumət buna necə icazə verə bilər?”

İngiltərədəki bağ evlərində təmir işləri ilə britaniyalıları qəzəbləndirən Gülbin və Metin Dener cütlüyünün Türkiyədə yaşadığı bildirilir. Əldə edilən məlumata görə, sərbəst ticarətlə məşğul olan Dener cütlüyü 2004-cü ildə sağlamlıq problemləri səbəbindən şəhər həyatını tərk etmək qərarına gəliblər. Onlar əvvəlcə Kuşadası, daha sonra isə Egey bölgəsindəki Şirincədə məskunlaşıblar və orada "Tresor" adlı kafe-restoran işlədiblər.

"Daily Mail" qəzeti həmçinin Dener cütlüyünün evlərinin yerləşdiyi İngiltərənin Bibury kəndində və Londondakı lüks məkanlarda çəkilmiş şəkillərini dərc edib. Kənddə yaşayan və narahatlıqlarını Metin Denerə çatdırdığını bildirən Viktoriya Sammerli təmir işlərini "mədəni vandalizm" adlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm