İdman
Harri Keyn Bundesliqada ayın futbolçusu seçildi
“Bavariya” klubunun ingiltərəli hücumçusu Harri Keyn Bundesliqada dekabr ayının ən yaxşı futbolçusu seçilib.
Publika.az xəbər verir ki, təcrübəli bombardir bu siyahıda komanda yoldaşları Maykl Olise və Yosip Stanişiçi, eləcə də Kristofer Baumqartner, Patrik Vimmer və Yan Diomandeni qabaqlayıb. Bu, Keynin cari mövsümdə qazandığı ikinci fərdi mükafatdır. O, sentyabrda da bu ada layiq görülüb.
Harri Keyn ilin sonunda yüksək məhsuldarlıq nümayiş etdirərək dekabrda keçirilən üç oyunda beş qol vurub. O, qapılara 18 zərbə endirib ki, bu da mövsüm ərzində ən yüksək göstəricidir. Hücumçu həmin oyunların birində - 13-cü turda “Ştutqart” ilə qarşılaşmada meydana sonradan daxil olsa da, het-trik etməyi bacarıb.
İngilis forvard, həmçinin “Bavariya”nın heyətində həm qol vurub, həm də məhsuldar ötürmə etdiyi oyunların sayını 100-ə çatdıraraq, bu göstəriciyə ən tez nail olan futbolçu kimi Bundesliqanın tarixinə düşüb.
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI










.jpg)


























