Dünya
Həmin gecə Karakasda öldürülənlərin SAYI AÇIQLANDI
ABŞ-ın şənbə günü Venesuelaya qarşı keçirdiyi hərbi əməliyyat nəticəsində təxminən 75 nəfər həlak olub.
Publika.az xəbər verir ki, bu barədə "The Washington Post" vəziyyətlə tanış mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, ölənlər arasında Venesuela Prezidenti Nikolas Maduronun iqamətgahında baş verən atışma zamanı həyatını itirən onlarla insan da var.
Məlumata görə, gecə saatlarında həyata keçirilən hücum nəticəsində azı 67 nəfər ölüb, digər mənbələr isə həlak olanların sayının 75–80 nəfər arasında olduğunu bildirir. Hesablamalara Venesuelanın təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə yanaşı, hadisələrin mərkəzində qalan mülki şəxslər də daxildir. Bu rəqəmlər Venesuela rəsmilərinin son günlər səsləndirdiyi məlumatlarla üst-üstə düşür.
Əməliyyat zamanı təxminən altı amerikalı hərbçi yaralanıb. Onlardan bəziləri Maduronun iqamətgahı yaxınlığında baş verən atışma zamanı güllə yarası alıb və Texas ştatında yerləşən Bruk hərbi-tibb mərkəzinə aparılaraq əməliyyat olunub. Pentaqonun məlumatına görə, iki hərbçi hələ də müalicə alır, beş nəfər isə artıq xidmətə qayıdıb.
Pentaqon əməliyyatın minimal itkilərlə uğurla başa çatdırıldığını və bunun ABŞ hərbçilərinin yüksək peşəkarlığını göstərdiyini bildirib.
Bu arada, Venesuelanın müdafiə naziri, general Vladimir Padrino Lopes ABŞ hərbçilərinin prezidentin mühafizəsinin böyük hissəsini, eləcə də əsgərləri və mülki şəxsləri qəsdən qətlə yetirdiyini bəyan edib.
Hüseyn İbadlı
-
Magazin230 Yanvar 23:05“Evdə tək” filminin aktrisası vəfat etdi
-
Sosial30 Yanvar 22:20Azərbaycanda bu şəxslərə əsgərliyə gedəndə 3500 manat veriləcək
-
Nida Xəbər 30 Yanvar 21:52ABŞ azərbaycanlı milyarderə sanksiya tətbiq etdi
-
İdman30 Yanvar 21:00"Qarabağ" - "Nyukasl" matçının saatı açıqlandı
-
Nida Xəbər 30 Yanvar 20:24Ceyhun Salmanov barəsində qərar verildi - YENİLƏNDİ
-
Ekologiya30 Yanvar 20:12Türkiyədən güclü qar fırtınası Azərbaycana doğru gəlir: Hava kəskin dəyişəcək
-
Nida Xəbər 30 Yanvar 19:50Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM
-
Hadisə30 Yanvar 18:55Azərbaycanda vulkan püskürdü













.webp)


.jpg)











.jpg)





