Dünya
Rusiya hər ay Ukraynada bu qədər əsgər itirir - Rutte
Rusiya Ukraynaya hücumu zamanı hər ay 25 minə qədər döyüşçü itirir.
Publika.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.
"Rusiya hazırda Ukraynanın möhkəm müdafiəsi səbəbindən çox sayda əsgər itirir. Cəmi bir ay ərzində bu, 20.000 ilə 25.000 arasında öldürülən rus əsgəridir. Mən ağır yaralılardan yox, ölənlərdən danışıram. Bunu 1980-ci illərdə Əfqanıstandakı müharibə ilə müqayisə edin, orada onlar 10 il ərzində təxminən 20.000 əsgər itirdilər və burada kəskin ziddiyyət var. İndi onlar cəmi bir ay ərzində eyni sayda, hətta daha çox əsgər itirirlər", - deyə Rutte "Qlobal Avropa" konfransında qeyd edib.
NATO baş katibi vurğulayıb ki, Moskva NATO-ya qarşı mövqeyini yumşaltmaq niyyətində deyil.
"Rusiyanın tezliklə aqressiv və ehtiyatsız davranışını dəyişəcəyinə inanmaq üçün heç bir səbəb yoxdur. Əksinə, o, uzunmüddətli qarşıdurma axtarır", - deyən Rutte əlavə edib ki, Kreml bu məqsədə çatmaq üçün Çin, İran və Şimali Koreya ilə əməkdaşlıq edir.
Onun sözlərinə görə, bu dörd ölkə NATO-ya meydan oxumaq üçün getdikcə daha çox əməkdaşlıq edir.
Adəm
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu































