Netanyahunun təyyarəsi ölkədən çıxarıldı
Bizi izləyin

Dünya

Netanyahunun təyyarəsi ölkədən çıxarıldı

Netanyahunun təyyarəsi ölkədən çıxarıldı

İsrailin Baş naziri Benyamin Netanyahunun səyahətləri üçün istifadə etdiyi təyyarə tələsik ölkədən çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.

Bildirilib ki, "Wings of Zion" adlı təyyarə cənubi İsraildən havaya qalxaraq ölkəni tərk edib. Lakin təyyarənin marşrutu ilə bağlı heç bir məlumat verilməyib.

ABŞ-ın İrana mümkün hücum iddiaları fonunda bunun baş verməsi beynəlxalq mətbuatda diqqət cəlb edib.

Qeyd edək ki, ötən ilin iyun ayında İsrail və İran arasında müharibəyə hazırlıq zamanı da Netanyahunun təyyarəsi ölkədən çıxarılaraq Yunanıstana aparılmışdı.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm