Dünya
Ukraynada fövqəladə vəziyyət tətbiq ediləcək
Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə ölkənin enerji sektorundakı fövqəladə vəziyyətlə bağlı iclas keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Zelenski “Telegram”da məlumat verib.
Dövlət başçısı bildirib ki, Rusiyanın hava hücumları və pisləşən hava şəraitinin nəticələri ciddidir.
Onun sözlərinə görə, Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti elektrik və istilik təchizatını bərpa etmək üçün gecə-gündüz işləməyə davam edir.
Prezident bildirib ki, vəziyyəti əlaqələndirmək üçün Kiyevdə daimi fəaliyyət göstərən qərargah yaradılacaq. Bütün Ukrayna enerji sektoru üçün fövqəladə vəziyyət elan ediləcək.
Nazirlər Kabineti bu vəziyyətdə ehtiyat enerji avadanlıqlarının şəbəkəyə qoşulması ilə bağlı bütün proseslərin maksimum dərəcədə tənzimlənməsini təmin edəcək.
Hökumətə kəskin soyuq hava şəraiti üçün komendant saatı qaydalarının yenidən nəzərdən keçirilməsi tapşırılıb.
Fövqəladə vəziyyət dövründə təhsil formatları ilə bağlı Təhsil və Elm Nazirliyindən və yerli hakimiyyət orqanlarından təkliflər gözlənilir.
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
































