Dünya
Tramp Putindən görün nə xahiş edib - Razılaşma əldə olunub
ABŞ prezidenti Donald Tramp Oval Ofisdə keçirdiyi imza mərasimində İran məsələsi və Rusiya-Ukrayna danışıqları ilə bağlı son vəziyyəti dəyərləndirib.
Publika.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Tramp İrana doğru böyük gəmilərin göndərildiyini və İran rəsmiləri ilə danışıqların davam etdiyini bildirib.
"İranla razılığa gəlmək istərdim. Hazırda rəsmilərlə danışıqlar aparırıq. Razılığa gələ bilsək, bu, çox yaxşı olardı, bacarmasaq, yəqin ki, pis şeylər baş verəcək", - deyə ABŞ lideri vurğulayıb.
Tramp, həmçinin Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı nikbinliyini ifadə edərək, prosesin yaxşı irəlilədiyini bəyan edib: "Düşünürəm ki, Ukrayna və Rusiya ilə çox yaxşı münasibətlərimiz var. Bəlkə də tezliklə yaxşı xəbərlər alacağıq".
O, həmçinin Rusiya prezidenti Vladimir Putindən hər iki ölkədəki həddindən artıq soyuq hava şəraitini əsas gətirərək bir həftə Ukraynanı bombalamamağı xahiş etdiyini və Putinin də bununla razılaşdığını qeyd edib.
Roza
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var
-
Nida Xəbər 09:33DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
-
MDB09:06Kiyevə kütləvi hücum başladı: Rusiya “İsgəndər”lə vurur
-
Dünya09:00Rusiya təhlükəsi: Bu ölkə qırıcılarını havaya qaldırdı
























.jpg)









