Dünya
Tramp Putinlə telefonla danışdı
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
Publika.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada bildirib.
"Mən onunla danışmışam. İstəyirəm ki, o, (Ukraynadakı) müharibəni bitirsin", - deyə Tramp qeyd edib.
Amerika lideri söhbətin konkret nə vaxt baş tutduğunu və müzakirənin detalları barədə əlavə məlumat verməyib.
Fevralın 3-də Ağ Ev ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və iş adamı Cared Kuşnerin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək Rusiya və Ukrayna ilə üçtərəfli görüşün ikinci raundunda iştirak edəcəyini təsdiqləyib.
Vaşinqton rəsmiləri bildiriblər ki, Donald Tramp münaqişənin həlli yolunda "qeyri-mümkünü mümkün etməyə" və qətiyyətli nəticə əldə etməyə hazırdır.
Hüseyn İbadlı
-
ABŞ02:12ABŞ-da qismən şatdaun ləğv edildi
-
Qoroskop00:00Günün ulduz falı - Gizli düşmənlərə qarşı diqqətli olun
-
Magazin13 Fevral 23:00“Eşref Rüya”da şok ayrılıq - Foto
-
Magazin13 Fevral 22:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman3 Fevral 20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin13 Fevral 20:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial3 Fevral 19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil3 Fevral 19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO






















.jpg)












