Dünya
Bill Qeytsdən Epşteyn etirafı
Bill Qeyts verdiyi son müsahibəsində Ceffri Epşteyn ilə görüşdüyünü təsdiqləyib, lakin bu münasibətlərin yalnız xeyriyyəçilik və qlobal sağlamlıq layihələri çərçivəsində olduğunu müdafiə edib. O, keçmişdə atdığı bu addıma görə peşman olduğunu dilə gətirib.
Publika.az xəbər verir ki, Bill Qeytsin sözlərinə görə, o, Epşteyn ilə 2011-ci ildə tanış olub. Milyarder bu tanışlığın səbəbini Epşteynin ətrafında çox sayda zəngin insanın olması və qlobal sağlamlıq layihələri üçün böyük ianələr toplaya biləcəyi vədi ilə əlaqələndirib. Qeyts təxminən üç il ərzində bir neçə şam yeməyində iştirak etdiyini bildirib.
Qeyts Epşteinin pedofiliya və qanunsuz işlərlə tanınan özəl adasına heç vaxt getmədiyini vurğulayıb. Onun vasitəsilə hər hansı bir qadınla tanış olmadığını deyib.
Epşteynin e-poçt hesabında Qeytsin qadınlarla görüş təşkil etməsinə dair tapılan layihə (draft) mesajların tamamilə yalan olduğunu və Epştein tərəfindən uydurulduğunu iddia edib.
Qeytsin həyat yoldaşı Melinda French Qeyts bildirib ki, Epşteyn və çevrəsindəki insanların hərəkətlərinə görə cəmiyyət qarşısında o deyil, birbaşa bu işdə adı keçənlər cavab verməlidir. Bu açıqlama Bill Qeytsin üzərindəki ictimai təzyiqi daha da artırıb.
Milyarder iş adamı Epşteynin əsl siması ortaya çıxdıqca onu tanıdığına peşman olanların sayının çox olduğunu qeyd edib: "Onunla vaxt keçirmək böyük bir səhv idi. Onu tanıdığına görə peşman olan tək mən deyiləm". (Milli.az)
-
ABŞ03:18O, çox narahat olmalıdır! - Trampdan Xameneiyə xəbərdarlıq
-
Səhiyyə02:43Bakıda tanınmış cərrah vəfat etdi - Foto
-
Qoroskop01:40Günün ulduz falı: Böyük risklərdən uzaq durun!
-
Nida Təhlil 00:35Danışıqlardan imtina və Trampdan Pekinə zəng: İrana hücum planı işə düşür
-
İdman4 Fevral 23:35Kriştiano Ronaldo tapıldı
-
Nəqliyyat4 Fevral 22:30Bir sıra yollarda sürət həddi endirildi
-
Ekologiya4 Fevral 20:36Gündüz gecəyə dönəcək: tarixi hadisənin vaxtı bəlli oldu
-
MDB4 Fevral 20:24Putin onu vəzifəsindən azad etdi
























.jpg)










