Dünya
Hindistan üç neft tankerini ələ keçirdi
Hindistan Sahil Mühafizəsi açıq dənizdə həyata keçirdiyi əməliyyat zamanı beynəlxalq neft qaçaqmalçılığı şəbəkəsinin fəaliyyətinin qarşısını alaraq üç neft tankerini saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Times of India" qəzeti Hindistan Sahil Mühafizəsinə istinadla məlumat yayıb.
Bildirilib ki, söhbət neftin qanunsuz daşınmasına görə ABŞ-ın sanksiyaları altında olan gəmilərdən gedir.
Məlumata əsasən, cinayətkar qrup "sahilyanı dövlətlərə rüsum ödəməkdən yayınaraq, münaqişə zonalarından ucuz nefti tankerlərə daşımaq üçün beynəlxalq sularda neftin bir gəmidən digərinə boşaldılması (aşırılması) üsulundan istifadə edib". Saxlanılan gəmilər növbəti yoxlamaların aparılması və işin hüquq-mühafizə orqanlarına təhvil verilməsi üçün Mumbay limanına müşayiət olunub.
Ötən gün "Reuters" agentliyi xəbər vermişdi ki, Hindistanın neft emalı zavodları mart-aprel aylarında tədarük edilməsi nəzərdə tutulan Rusiya neftini almaqdan çəkinirlər. Nəşrdə bildirilir ki, Hindistan şirkətləri gələcəkdə də Rusiya nefti ilə bağlı sövdələşmələrdən qaçmağı planlaşdırırlar.
Agentliyin mənbələrinin bildirdiyinə görə, bu addım Nyu-Dehliyə ABŞ ilə ticarət sazişləri bağlamağa kömək etməlidir.
Hüseyn İbadlı
-
Dünya03:13Həyatı bahasına cadugər xanımını qəzəbli izdihamdan qorudu
-
Səhiyyə02:42Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı
-
Qoroskop00:30Günün ulduz falı - Yeni qapılar açıla bilər
-
Magazin100:15Roza Zərgərli Kadırovla görüşdü - FOTO
-
Magazin100:00“Yadplanetli” bu məşhur imiş - VİDEO
-
Ekologiya31 May 23:00Bakı səmasında nadir görüntü - FOTO
-
Magazin231 May 21:36Dua Lipa ərə getdi - FOTO
-
Dünya31 May 20:12Qədim məbədin xarabalıqlarında görün kimin başı tapıldı
































