Dünya
400 il sonra ortaya çıxan "vampir" - Foto
400 il əvvəl "vampir" adlandırılan bir kişinin üzü, ölümündən sonra edilən ritualların sirri ilə birlikdə yenidən ortaya çıxıb.
Publika.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Bildirilib ki, Şərqi Xorvatiyadakı qədim qəsrdə tapılan, ölümündən sonra başı kəsilmiş kişinin üzü 400 ildən sonra alimlər tərəfindən yenidən kəşf edilib. Tədqiqatçılar bu qeyri-adi prosedurun kişinin ölümdən sonra "vampir" kimi qayıtmasının qarşısını almaq üçün edildiyini bildirirlər.
Arxeoloq Natasa Sarkicin sözlərinə görə, bioloji analizlər nəticəsində bu şəxsin həyatı boyu ən azı üç dəfə ciddi zorakılığa məruz qaldığı ortaya çıxıb: "Bu şəxsə edilən son hücum onun ölümünə səbəb olub. O dövrdə zorakılıqla ölənlərin, günahkar olanların və ya sosial normalardan yayınanların vampir olma riski olduğuna inanılırdı. Belə qəbirlər anti-vampir ritualları ilə xarakterizə olunur".
Müayinlərdə məlum olub ki, "Vampir" Rakesa 15 və ya 16-cı əsrdə yaşayıb. Onun boyu təxminən 1,63 metr olub və 40-50 yaşları arasında vəfat edib. Maraqlı detal isə onun kəlləsinin boyun və çiyinlərdə heç bir kəsik olmadan bədəndən ayrılmasıdır. 2023-cü ildə kəşf edilən məzar, qalada aşkar edilmiş 180-dən çox dəfn yerlərindən biridir. Oxşar vampir inancları və təhqir olunmuş qəbirlər Avropanın digər yerlərində də tapılıb.
Qeyd edək ki, slavyan ənənələrinə görə, ruh ölümdən sonra təxminən 40 gün ərzində bədənə bağlı qalır. Bu müddət ərzində ruhun geri qayıtmasının qarşısını almaq üçün dəfn zamanı baş kəsmək, qəbri daşlarla basmaq və ya bədəni bağlamaq kimi üsullar tətbiq olunurdu.
Roza
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
MDB12:06İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu













.jpg)




















