CHP-də təhqir skandalı - Özgür Özelin mesajı aranı qatdı
Bizi izləyin

Dünya

CHP-də təhqir skandalı - Özgür Özelin mesajı aranı qatdı

Ankara Keçiören bələdiyyə sədri Mesut Özarslan, CHP sədri Özgür Özelin ona qarşı təhqiramiz və təhdid dolu mesajlarını ifşa edərək CHP-dən istefa verib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, istefa prosesinə səbəb Özarslanın Keçiörenin sürüşmə problemlərini həll etmək üçün ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumu ziyarət etməsi olub.

Özarslan bildirib ki, məktəbdən dostu olan nazirlə görüşü CHP daxilindəki müəyyən qruplar tərəfindən qarayaxma kampaniyasına çevrilib və bu da onun "AK Partiyaya keçməsi" barədə təsəvvür yaradıb.

Özarslan istefa ərizəsində Özgür Özelin məsələ ilə bağlı ona göndərdiyi mesajların siyasi nəzakətlə uyğun olmadığını vurğulayıb: "O, mənə məntiqsiz ifadələr, dilə gətirilməz təhqirlər yazdı. Özgür Özel, hansı haqla anamı və mərhum atamı bu mesajlara daxil edirsən? Səndə nə insanlıq, nə də əxlaq var", - deyə o qeyd edib.

Özarslanın istefasından sonra Keçiören Bələdiyyəsində istefa dalğası böyüyüb. Bələdiyyə sədrinin müavini Serkan Bedirhanoğlu, Şura üzvləri Cihan Ayhan və Azra Ceylan Öztürk də daxil olmaqla 7 nəfər CHP-dən istefa verib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm