Dünya
Epşteyn qalmaqalı Britaniyanı sarsıdır - Yeni baş nazir müsəlman ola bilər
Epşteynlə bağlı dərc edilən sənədlər Böyük Britaniyada qarışıqlıq yaratmağa davam edir.
Publika.az Britaniya mediasına istinadən xəbər verir ki, sənədlərdə adlarının hallanmasından sonra ölkədə ard-arda istefalar olur.
Məlumata görə, Britaniyada sonuncu istefa edən şəxs Baş nazir Keir Starmerin Kommunikasiya Direktoru Tim Allan olub.
Qeyd olunur ki, sırada Keir Starmerdir. İstefa verəcəyi təqdirdə onu kimin əvəz edəcəyi ölkədə müzakirə mövzusudur.
Bildirilir ki, daxili işlər naziri Şabana Mahmudun Starmeri əvəz edəcəyi gözlənilir. Əgər bu baş verərsə, Mahmud Böyük Britaniyanın ilk müsəlman baş naziri olacaq.
Bu vəziyyət artıq Britaniya ictimaiyyətinin bəzi təbəqələrinin tənqidinə səbəb olub. Mahmuda qarşı reaksiyalar sosial mediada özünü göstərməyə başlayıb.
Qeyd edək ki, Pakistandan olan Şabana Mahmud ötən ilin sentyabr ayında Britaniyanın ilk müsəlman daxili işlər naziri təyin olunub. Onun adı ilk dəfə 2024-cü ildə ədliyyə naziri və Lord Kanzler vəzifəsinə təyin olunanda ön plana çıxıb.
Roza
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var








.jpg)























