Dünya
Saxta vizalar, sirli marşrutlar, bank əməliyyatları - Epşteynin gizli planı deşifrə olundu
Milyonlarla sənədin ictimaiyyətə açıqlanması ilə Ceffri Epşteynin qaranlıq dünyası ilə bağlı dəhşətli detallar üzə çıxmağa davam edir. Epşteynin kamerasında tapılan və yeni təhlil edilən əlyazma qeydlər onun ölümü ilə bağlı şübhələri daha da artırıb.
Publika.az xəbər veir ki, "International Business Times" nəşrinin məlumatına görə, Epşteynin sirli qeydləri araşdırıldıqdan sonra bu yazıların sadəcə adi qaralama olmadığı iddia edilib.
Ekspertlərin təhlilinə görə, qeydlərdə beynəlxalq qaçış, İnterpolun qırmızı bildirişi, maliyyə razılaşmaları və potensial əməkdaşlar daxil olmaqla mürəkkəb bir planın hissələri var. Bundan əlavə, saxta vizalar, miras və əmlak vergiləri, bank əməliyyatları kimi detallar da öz əksini tapıb.

"Turizm" və "hökumət icazəsi" sözlərinin təkrar-təkrar istifadəsi Epşteynin digər ölkələrə giriş marşrutları araşdırdığını göstərir. Mütəxəssislərin fikrincə, bəzi bölmələr oxunmaz halda olsa da, qeydlərin ümumi strukturu düşünülmüş və sistemli bir qaçış planına işarə edir.
Həmçinin qeydlərdə müxtəlif coğrafi ərazilərin adları, baş hərfləri və işarələri də var. Qeydlərdə "Brad" adı özəl hava limanına bənzər bir rəsmlə yazılıb ki, bu rəsmin tez-tez özəl təyyarələr tərəfindən istifadə edilən Nyu-Cersi ştatındakı Teterboro Hava Limanına aid olduğu düşünülür.

Qeydlərdə həmçinin Qətər, Səudiyyə Ərəbistanı və Nigeriya kimi Yaxın Şərq və Afrika ölkələrinə istinadlar var. "Müsəlman" və ehtimal ki, "Ərəb dövlətləri" mənasını verən "AS" qısaltmalarının olması Epşteynin bu ölkələrin ekstradisiya siyasətini nəzərə alaraq təhlükəsiz marşrutlar hesabladığı barədə şərhlərə səbəb olub.
Mütəxəssislərin fikrincə, qeydlərdəki bəzi ifadələr Epşteiynin yalnız qaçışını deyil, həm də həbsxanadakı vaxtı planlaşdırdığını göstərir. "Jet-US prop" ifadəsinin ABŞ-da qeydiyyatdan keçmiş şəxsi təyyarədən istifadə ilə bağlı risklərin hesablandığını göstərdiyi iddia edilir. Palm Biç və Vircin Adalarındakı kompüterlərə istinadlar Epşteynin təhlükəsiz rabitə və ya vacib məlumatlara uzaqdan giriş planladığı ehtimalını gücləndirir.

Ekspertlər iddia edirlər ki, bütün qeydlər deşifrə olunmasa da, ortaya çıxan mənzərə aydındır. Həmçinin bu qeydlər Epşteynin ölümü ilə bağlı müzakirələri yenidən alovlandırıb.
Roza
-
ABŞ14:35Tramp Obamanın İran siyasətini belə ələ saldı - Foto
-
Sosial14:10Aliment ödəməyənlər həbs edilməlidir? - Bir tikə çörəyiniz varsa...
-
Yaxın Şərq14:00Türkiyə aviaşirkəti yüzə yaxın dənizçinin cəsədini İrana gətirdi
-
Nida Xəbər 13:00Ziyafət Əsgərov: "Top” Ermənistan tərəfindədir" - Müsahibə
-
Nida Xəbər 12:55Xeyli sayda hindistanlı İrandan Azərbaycana təxliyə olundu
-
Qarabağ 12:40Xanobaya ilk köç yola salındı
-
İdman12:20Trampdan məşhur rusiyalı idmançı ilə bağlı maraqlı təklif - Video
-
Maraq dünyası12:10Mina əleyhinə “ağıllı çəkmə” hazırlandı - Foto



































