Dünya
İrandan sonra hədəf Türkiyədir - Hazırlıq gedir
ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor qatıldığı proqramlardan birində Türkiyə ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, Makqreqor İrandan sonra hədəfin Türkiyə olacağını iddia edib.
Onun sözlərinə görə, Türkiyə hazırda bölgədəki ən böyük maneədir və İrandan güclüdür:
"Türkiyə bir çox cəhətdən İrandan daha yaxşıdır. Onun əsl donanması, NATO-da ən yaxşı ordusu var. Növbəti addım Türkiyəni məhv etməkdir. Məsələ İsrailin istədiyidir. İranı uğurla məhv etdikdən sonra diqqət Türkiyənin məhv edilməsinə yönələcək. Türkiyə İsraillə qarşılaşacaq, bu, yəqin ki, Suriyada baş verəcək".
Qeyd edək ki, Makqreqor 2 il öncəki çıxışlarından birində də Türkiyəni hədəf alıb. "Hazırda Suriyadakı qüvvələrimizi Türkiyəyə hücum etməyə hazırlayırıq. PKK, YPG və onlarla birlikdə fəaliyyət göstərən digər təşkilatları Türkiyəyə hücum etməyə təşviq edirik və silahlandırırıq", - deyə o bildirib.
Roza
-
Qoroskop01:40Günün ulduz falı: səbr ən güclü silahınız olacaq
-
Region9 Mart 22:20Hazırkı müharibənin fəsadları dünyanın hər yerində hiss olunacaq - Ərdoğan
-
Magazin19 Mart 21:37"Avroviziya" mahnımız təqdim olundu - Video
-
Region9 Mart 20:30Hələ də təxribatçı addımlar atılır - Ərdoğandan İrana çağırış
-
İnanc9 Mart 19:51Ramazanın 20-ci gününün duası - İftar və imsak vaxtları
-
Region9 Mart 19:26İranda bu şəxslərin əmlakları müsadirə ediləcək
-
Region9 Mart 18:12Türkiyədən İrana xəbərdarlıq
-
Region9 Mart 17:20Bu dəhliz Cənubi Qafqaza sülh gətirəcək: Brüsseldə elan edildi



































