Dünya
Turistləri təxliyə edəcək, neft göndərəcək: Rusiya Kubaya vəd verib
Rusiya ABŞ-ın neft blokadası fonunda Kubadan rusiyalı turistləri təxliyə etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, Kuba aviasiya idarəsi ölkənin reaktiv yanacağının tükənməsi ilə bağlı xəbərdarlıq edib və bu da ada dövlətinin turizm sənayesinə xələl gətirə bilər.
"The Guardian" qəzeti yazır ki, Moskva Kubadan rusiyalı turistləri bir neçə gün ərzində təxliyə etməyi planlaşdırır. Rusiya Turizm Şurası hazırda Kubada təxminən 4000 rusiyalı turistin olduğunu bildirib.
Qəzetinin məlumatına görə, Kubada vəziyyət sürətlə pisləşir.
Sonuncu neft yükü yanvarın əvvəlində Meksikadan tankerlə göndərilib. Lakin Meksika ABŞ-ın təzyiqi səbəbindən ixracı dayandırıb. Venesueladan xam neft tədarükü yanvar ayında Nikolas Maduronun həbsi ilə nəticələnən əməliyyatından sonra dayandırılıb və Kuba ən etibarlı enerji təchizatçısından məhrum olub.
Bazar ertəsi günü Kreml yanacaqla bağlı vəziyyətin kritik olduğunu və ABŞ-ın Kubanı "boğmaq" cəhdlərinin bir çox çətinliklərə səbəb olduğunu bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Kuba ilə həmrəydir və bütün lazımi dəstəyi göstərməyə hazırdır.
Rusiyanın Kubadakı diplomatik nümayəndəliyi mediaya verdiyi açıqlamada Rusiyanın tezliklə Kubaya humanitar yardım olaraq neft və neft məhsulları tədarük edəcəyini bildirib.
Tural
-
Yaxın Şərq07:35İran İsraili hədələdi: atom reaktorunu partladarıq...
-
Avto07:15Dubaydan gətirilən avtomobillər bu qədər bahalaşdı
-
Qoroskop01:40Günün ulduz falı: detallara fokuslanmaq vaxtıdır
-
ABŞ00:55ABŞ İranla müharibəyə hər gün sərvət xərcləyir - İnanılmaz rəqəm
-
Dünya00:15Fidan Rubio ilə İranın atdığı raketi müzakirə etdi
-
Region4 Mart 21:39İranın Türkiyəyə raket atmasına Ərdoğandan reaksiya
-
Region4 Mart 20:12Xameneinin ölümündən əvvəl hazırladığı, regionu xaosa sürükləyəcək şok plan
-
Elm və təhsil4 Mart 20:00Ölkə məktəblərində bu qidaların satışı qadağan edildi - Siyahı





























.jpg)




