Dünya
Fransaya müharibə elan edildi
Nigerdə hakimiyyətdə olan hərbi xuntanın lideri Abduraxman Çianinin xüsusi qərargah rəisi Amadou İbro ölkəsinin Fransa ilə müharibə vəziyyətinə daxil olduğunu bəyan edib.
Publika.az "Jeune Afrique" nəşrinə istinadla xəbər verir ki, bu açıqlama Niamey şəhərindəki stadionda gənclər qarşısında edilən çıxış zamanı səsləndirilib.
Amadou İbro çıxışında bu sözləri qeyd edib:
"Bilin ki, biz Fransa ilə müharibəyə giririk. Əvvəllər müharibə vəziyyətində deyildik, amma indi Fransa ilə müharibəyə başlayırıq."
O, həmçinin əlavə edib ki, Niger hökuməti tərəfindən 2025-ci ilin dekabrında qəbul edilmiş "ümumi səfərbərlik" haqqında fərmanın əsas məqsədi məhz Fransa ilə mümkün hərbi qarşıdurmaya hazırlaşmaqdır.
Fransa tərəfi isə bu bəyanatlara dərhal reaksiya verib. Fransa Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi nümayəndəsi polkovnik Giyom Vernet bu iddiaları rədd edib. O, Nigerə hər hansı bir fransız müdaxiləsinin müzakirə mövzusu olmadığını və bu cür bəyanatların "informasiya müharibəsi"nin bir hissəsi olduğunu bildirib.
Xatırladaq ki, 2025-ci ilin sonunda Nigerin Nazirlər Şurası ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq məqsədilə əhalinin, əmlakın və xidmətlərin səfərbər olunmasını nəzərdə tutan fərman layihəsini təsdiqləyib. 2023-cü il çevrilişindən sonra Nigerdəki hərbi rejim Fransa ilə hərbi əməkdaşlığı dayandırıb və fransız qoşunlarının ölkədən çıxarılmasına nail olub.
Hüseyn İbadlı
-
Magazin100:30"Efirdə səviyyə o qədər aşağı düşüb ki, utanıram getməyə"
-
Qoroskop00:10Günün ulduz falı - Səmimiyyət ən böyük silahınız olacaq
-
Dünya5 Mart 23:12Bu ölkədə qırıcı təyyarə yoxa çıxdı
-
Magazin15 Mart 21:50Tolikin yeni layihəsi bəlli oldu
-
İnanc5 Mart 21:45Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı
-
Sosial5 Mart 21:00Qapısı açıq evlərə girmək istəyirmiş - Video
-
ABŞ5 Mart 20:36İsrail Tehrana 13-cü zərbə dalğasını başlatdı
-
MDB5 Mart 20:25Tokayev Naxçıvana edilən dron hücumunu pislədi

























.jpg)



.jpg)






