Dünya
"Lukoyl"un xarici aktivlərini bu şirkət alır - ABŞ-dan icazə alınacaq
Səudiyyə Ərəbistanının "Midad Energy" şirkəti yanvarın sonunda "Lukoyl"un xarici aktivlərini almaq niyyəti barədə razılaşma imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi üç mənbəyə istinadla məlumat yayıb.
Bildirilib ki, sənəd satışa çıxarılan bütün aktivləri əhatə edir. "Midad Energy" ödənişi nağd şəkildə həyata keçirməyə və tənzimləyici orqanlardan, o cümlədən ABŞ Maliyyə Nazirliyindən zəruri icazələr alınana qədər vəsaiti xüsusi eskrou-hesabda yerləşdirməyə razılıq verib.
Agentliyin həmsöhbətlərindən biri qeyd edib ki, şirkət bütün normativ tələblərin yerinə yetirilməsi üzərində işləyir. O vurğulayıb ki, bu təklif Səudiyyə Ərəbistanının möhkəm siyasi əlaqələrinə əsaslanan, yüksək riskli bir addım kimi qiymətləndirilir.
"Lukoyl" 2025-ci ilin oktyabrında ABŞ-ın şirkətə və onun törəmə strukturlarına qarşı tətbiq etdiyi sanksiyalardan sonra xarici aktivlərindən ayrılmaq qərarına gəlib. ABŞ Maliyyə Nazirliyi bu aktivlərin satışı ilə bağlı əməliyyatlara icazə verən lisenziyanın müddətini iki dəfə uzadıb. Sənədin qüvvədə olma müddəti sonuncu dəfə fevralın 28-dək uzadılıb.
Yanvar ayında "Lukoyl"un qrupun xarici aktivlərinə sahib olan "LUKOIL International GmbH" törəmə cəmiyyətinin satışı ilə bağlı Amerikanın "Carlyle" investisiya şirkəti ilə razılaşma əldə etdiyi bildirilirdi.
Hüseyn İbadlı
-
MDB12:06İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
MDB10:45Ermənistanda niyə ət böhranı yaranıb? - İlginc səbəblər
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu











.jpg)






















