Dünya
Kral Çarlzın “vampir kökləri” üzə çıxdı - Drakulanın nəslindən imiş
Böyük Britaniya kralı III Çarlz haqqında maraqlı fakt üzə çıxıb.
Publika.az xəbər verir ki, “RadarOnline” nəşrinin məlumatına görə, kralın Valaxiya (Şimal-Qərbi Rumıniya) hökmdarı Vlad III Tsepeşin (və ya Vlad Drakula) 16-cı nəsil davamçısı olduğu müəyyən edilib.
Qeyd edək ki, irlandiyalı yazıçı Bram Stoker, 1897-ci ildə yazdığı məşhur "Drakula" romanı üçün Vladın adından və onun haqqındakı qəddarlıq hekayələrindən istifadə edərək, vampir obrazını yaradıb.
Kralın ailə köklərinə maraq hələ 1998-ci ildə, o zamanlar Uels şahzadəsi olan Çarlzın Transilvaniyaya səfərindən sonra artıb. Rumıniyanın bu bölgəsində həyata keçirilən ekoloji layihələrdə fəal iştirak edən Çarlz yerli irsin qorunmasına xüsusi önəm verib.
Sonradan məlum olub ki, hazırkı kralın ulu babası V Corc Tsepeşin qohumlarından biri ilə ailə qurub. Bildirilir ki, məhz bu qohumluq əlaqəsi Çarlzın Valaxiya hökmdarının 16-cı nəsil davamçısı olmasına əsas yaradır.
Roza
-
Qoroskop00:15Günün ulduz falı - Səthi sevinc sizi qane etməyəcək
-
Magazin17 Mart 23:00Könül Kərimovaya qarşı 245 minlik dələduzluq
-
Region7 Mart 22:48Rusiya müharibədə İrana görün necə kömək edir
-
Magazin17 Mart 21:30Kəmalə Günəşlidən Cavan Zeynallı ilə bağlı qalmaqallı sözlər - “Əli əsə-əsə...”
-
Magazin17 Mart 19:36Nigar ona təhqirlər yazan şəxsin fotosunu paylaşdı
-
Hadisə7 Mart 17:20Şəmkirdə 16 yaşlı qız ana oldu
-
MDB7 Mart 17:13Rusiyada bankı partlatdılar
-
Nida Xəbər 7 Mart 16:555 ölkədə 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib
































