ABŞ-ın “səssiz” silahı: Rusiya və Çin raketlərini belə sıradan çıxardı - Foto
Bizi izləyin

Dünya

ABŞ-ın “səssiz” silahı: Rusiya və Çin raketlərini belə sıradan çıxardı - Foto

Venesuela prezidenti Nikolas Maduronun qaçırılması zamanı ABŞ-ın "Diskombobulator" adlı silahdan istifadə etməsi yenidən gündəm olub.

Publika.az xəbər verir ki, Tramp "NewsNation" telekanalına müsahibəsində ABŞ ordusunun heç kimin bilmədiyi gizli silahlara sahib olduğunu bildirib.

O, "New York Post" qəzetinə verdiyi müsahibədə isə "Diskombobulator" adlandırdığı yeni silahın Maduroya qarşı əməliyyatda əhəmiyyətli rol oynadığını açıqlayıb. Tramp qeyd edib ki, bu silah qarşı tərəfin avadanlıqlarının işləməməsinə səbəb olub.

"Onların Rusiya və Çin istehsalı olan raketləri var idi, amma heç birini buraxmaq mümkün deyildi. Biz çatdıq, düymələri basdılar, amma heç nə işə düşmədi", - deyə o bildirib.

"CNN"ə danışan ABŞ hərbi rəsmilərinin sözlərinə görə, Venesuelaya qarşı əməliyyat ölkə daxilində radar, rabitə şəbəkələri və hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaqla başlayıb. Bu hücumlar xüsusi əməliyyat qüvvələrinin ölkəyə daxil olması üçün hava məkanını təmizləyib.

Əməliyyatın bu mərhələsində Tramp "Diskombobulyator" adlı gizli silahın istifadə olunduğunu açıqlayıb. Lakin ekspertlər hesab edirlər ki, bu silah inqilabi yeni silah deyil, mövcud texnologiyaların birləşməsindən ibarətdir.

Bəzi mütəxəssislər hesab edirlər ki, "Diskombobulyator" silahı yüksək güclü mikrodalğalı sistem ola bilər. Buna görə də, silahın fiziki partlayış yaratmadan hədəfi həm sistematik, həm də bioloji cəhətdən iflic edə biləcəyi təxmin edilir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm