Dünya
Bu, Tramp və partiyası üçün yeganə çıxış yoludur - Cavabı son dərəcə sərt olacaq
"Respublikaçıların 2026-cı il aralıq konqres seçkilərində siyasi cəhətdən sağ qalması birbaşa Ukrayna danışıqlarının nəticəsindən asılıdır".
Publika.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Belik TASS-a açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp üçün dinc razılaşma Demokratların qisasından və yeni impiçment cəhdindən qaçmağın yeganə yoludur.
"Tramp Demokratların Nümayəndələr Palatasına nəzarəti ələ keçirməsinə və yenidən impiçment məsələsini manipulyasiya etməyə çalışmasına icazə verə bilməz. Münaqişənin həllində uğur Trampın əhali arasında populyarlığını artıracaq və Moskva ilə genişləndirilmiş dialoq Vaşinqton üçün yeni imkanlar açacaq", - deyə deputat bildirib.
Belik həmçinin qeyd edib ki, əgər Ukrayna sülh prosesini sabotaj edərsə, ABŞ liderinin cavabı son dərəcə sərt ola bilər.
Roza
-
Qoroskop00:15Günün ulduz falı - Səthi sevinc sizi qane etməyəcək
-
Magazin17 Mart 23:00Könül Kərimovaya qarşı 245 minlik dələduzluq
-
Region7 Mart 22:48Rusiya müharibədə İrana görün necə kömək edir
-
Magazin17 Mart 21:30Kəmalə Günəşlidən Cavan Zeynallı ilə bağlı qalmaqallı sözlər - “Əli əsə-əsə...”
-
Magazin17 Mart 19:36Nigar ona təhqirlər yazan şəxsin fotosunu paylaşdı
-
Hadisə7 Mart 17:20Şəmkirdə 16 yaşlı qız ana oldu
-
MDB7 Mart 17:13Rusiyada bankı partlatdılar
-
Nida Xəbər 7 Mart 16:555 ölkədə 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib
































