Dünya
Təhdid altında həll yolu arayışı - Cenevrə danışıqlarının pərdəarxası
Xəbər verdiyimiz kimi, dünən Cenevredə ABŞ və İran arasında nüvə danışıqlarının ikinci mərhələsi keçirilib. Görüş qarşılıqlı təhdidlər və gərginlik fonunda baş tutub.
Publika.az xəbər verir ki, CNN-in məlumatına görə, ABŞ ordusu son həftələrdə İordaniya, Bəhreyn və Səudiyyə Ərəbistanındakı bazalara avadanlıq çatdırmaq üçün 250-dən çox yük uçuşu həyata keçirib.
ABŞ-ın "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinin Oman sahillərində, İrandan təxminən 700 km məsafədə olduğu təsdiqlənib. ABŞ-ın dünyanın ən böyük hərbi gəmisi olan "USS Gerald R Ford"-u Yaxın Şərqə göndərdiyi də məlumdur. Gəminin üç həftə ərzində bölgəyə çata biləcəyi təxmin edilir.
İran da davam edən hərbi təlimlərin bir hissəsi olaraq təhlükəsizlik səbəbləri ilə Hörmüz boğazının bir hissəsini bir neçə saatlıq bağlayıb. İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Təngsiri dünən bildirib ki, onun qüvvələri davam edən təlimlər zamanı rəhbərliyin verdiyi istənilən qərarı yerinə yetirməyə hazırdır.
İran xarici işlər naziri Abbas Əraqçi dünənki danışıqların müsbət atmosferdə keçdiyini bildirib. “Regiondakı dost ölkələrin səyləri sayəsində ABŞ ilə yeni bir razılaşma əldə etmək imkanı var. Tərəflərin hələ də bəzi mövqeləri var və onları bir-birinə yaxınlaşdırmaq üçün vaxt lazım olacaq. Lakin bölgəyə çox sayda hərbi element yerləşdirilib və bu, sona çatmalıdır. Hər hansı bir hücuma cavabımız sərhədlərimizdən kənara çıxacaq”, - deyə o vurğulayıb.
Məlumata görə, İran raket proqramlarının heç bir halda müzakirə mövzusu olmayacağını iddia edir. Tehran həmçinin nüvə məsələsində güzəştlər müqabilində İrana qarşı bütün sanksiyaların qaldırılmasını tələb edir.
Qeyd edək ki, növbəti danışıqlar mərhələsi üçün tarix hələ müəyyən edilməyib.
Roza
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
MDB12:06İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
MDB10:45Ermənistanda niyə ət böhranı yaranıb? - İlginc səbəblər
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın












.jpg)





















