Dünya
Təl-Əvivin Türkiyə qorxusu: İsrailə yeni lider lazımdır
İsrailin keçmiş baş naziri Naftali Bennet Amerika Yəhudi Təşkilatları Prezidentləri Konfransında Türkiyəni hədəf alan açıqlamalar verib.
Publika.az xəbər verir ki, Yunanıstanın "Sigma" qəzetinin məlumatına görə, Bennet Türkiyəni İsrail üçün yeni strateji təhdid kimi xarakterizə edib.
O, Təl-Əviv dairələrində Türkiyə ilə bağlı artan narahatlığa diqqət çəkib: "Türkiyə, Qətər və Pakistan nüvə imkanları vasitəsilə bölgədəki müsəlman coğrafiyasını gücləndirməyə davam edirlər. Bu ittifaq İsrailə qarşı düşmənçiliyi alovlandırır. Türkiyə daha da güclənməyə və bölgədəki təsirini artırmağa davam edir. Düşünürəm ki, onlar İsraili əhatə etməyi hədəfləyirlər. Bizim üçün yeni bir İrana çevrilmə yolunda irəliləyir. Lakin ordusu və imkanları ilə onlardan daha güclüdür".
Bennet İsrailin Ankaradan gələn təhdidlərə eyni vaxtda cavab verməli olduğunu bildirib: "Yeni bir Türkiyə təhdidi yaranır. Biz Türkiyənin bölgədəki gücü və təsiri ilə qarşılaşırıq. Fərqli metodlardan istifadə edərək Ankaradan gələn potensial təhdidlərə qarşı birləşib birlikdə hərəkət etməliyik".
Keçmiş baş nazir həmçinin İsrailin hazırkı siyasi rəhbərliyini tənqid edərək, ölkənin bölündüyünü və vətəndaşlarını qoruya bilmədiyini iddia edib: “Düzünü desəm, hazırkı İsrail administrasiyası bizi bölüb və bu gün də bölməyə davam edir. Bizə yeni lider lazımdır. Uğursuz administrasiyanın davam etməsinə icazə verməyəcəyəm. İsraili növbəti, daha güclü bir dövrə aparacağam. Bir lider nə vaxt ləyaqətlə getməli olduğunu bilməlidir”.
Roza
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
MDB12:06İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
MDB10:45Ermənistanda niyə ət böhranı yaranıb? - İlginc səbəblər
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın












.jpg)





















