Dünya
İran BMT-yə xəbərdarlıq məktubu göndərdi: Əgər ABŞ hücum etsə...
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərib.
Publika.az İran mediasına istinadən xəbər verir ki, İrəvani məktubda ABŞ-ın İrana qarşı güc tətbiq etmək təhdidlərinin beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.
O, Quterreşə Trampın Dieqo Qarsiya bazasının İrana mümkün hərbi hücum üçün istifadə edilə biləcəyi ilə bağlı açıqlamalarını xatırladaraq xəbərdarlıq edib:
“Bu təhdidlər BMT Nizamnaməsinin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və regionu yeni bir böhran dövrünə aparmaq riski daşıyır. Bu açıqlamalar hərbi hücumun real riskini göstərir”.
İrəvani ABŞ-dan bərabərliyə əsaslanan ciddi bir yanaşma gözlədiklərini vurğulayıb:
"İran inanır ki, ABŞ da bu danışıqlara eyni ciddilik və səmimiyyətlə yanaşsa, BMT-nin prinsiplərinə və beynəlxalq hüquq normalarına hörmət etsə, davamlı həll yolu tamamilə mümkündür. BMT Təhlükəsizlik Şurasını beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq vəzifəsini yerinə yetirməyə və ABŞ-ın qanunsuz güc tətbiq etmə təhdidlərinə qarşı tədbir görməyə çağırırıq”.
O, son olaraq İranın gərginlik və ya müharibə axtarmadığını, lakin özünü müdafiə etmək əzmində olduğunu bildirib: "Əgər ölkəmiz hərbi təcavüzə məruz qalarsa, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edərək qətiyyətli və mütənasib şəkildə cavab verəcək. Belə bir halda, düşmən qüvvələrinin bölgədəki bütün bazaları, obyektləri və aktivləri İranın müdafiəsi çərçivəsində qanuni hədəflər olacaq. Yarana biləcək hər hansı gözlənilməz və nəzarətsiz nəticələrə görə bütün məsuliyyət birbaşa ABŞ-ın üzərinə düşür".
Roza
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın



































