Ukrayna ordusu cənub bölgəsində 300 kvadratkilometr ərazini azad edib - Zelenski açıqladı
Bizi izləyin

Dünya

Ukrayna ordusu cənub bölgəsində 300 kvadratkilometr ərazini azad edib - Zelenski açıqladı

Ukrayna hərbçiləri 300 kvadratkilometr ərazini azad etməyi bacarıblar.

Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Frans-Pres Agentliyinə (AFP) verdiyi müsahibədə bildirib.

Prezident qeyd edib ki, bu, cəbhənin cənub bölgəsində baş verib. Ukrayna əsgərləri cənubda irəliləyir.

“Təfərrüata varmayacam, amma bu gün ilk növbədə ordumuzu - bütün müdafiə qüvvələrini - təbrik edə bilərəm, çünki bu günə qədər 300 kvadrat kilometr ərazi azad edilib”, - deyə Prezident qeyd edib.

Zelenski Ukrayna əsgərlərinin bu uğura hansı dövrdə nail olduqlarını dəqiq açıqlamayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm