Region
Ermənistanda dəhşət - 5 silahlı dayanacağa hücum etdi
Ermənistanda dəhşətli cinayət hadisəsi baş verib.
Publika.az yerli mediaya istinadən xəbər verir ki, xeyli sayda insan bir nəfərə bıçaqla hücum edib. İnsident gündüz saatlarında Gümrünün mərkəzindəki Vazgen Sarkisyan küçəsində olan avtobus dayanacağında baş verib.
"Soyuq silahla silahlanmış bir qrup şəxs dayanacaqda avtobus gözləyən insanların gözü qarşısında bir nəfərə hücum ediblər. Əvvəlcə bir maşın dayanıb və bıçaqla silahlanmış dörd-beş nəfər dayanacaqda dayanan gənc oğlana səbəbsiz şəkildə hücum edərək müxtəlif xəsarətlər yetirib", - "Aravot" nəşri yazıb.
Qeyd edilib ki, Gümrü Tibb Mərkəzinin direktor müavini Armen Xaçatryan hücuma məruz qalan şəxsin 1996-cı il təvəllüdlü X.M. adlı şəxs olduğunu açıqlayıb. O bədəninin müxtəlif yerlərində - başında, biləyində, ayağında və ombasında kəsik və deşik yaraları alıb və təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib.
"O, əməliyyat olunub və vəziyyəti stabildir. Gənc oğlan idmançı imiş. Hücumun səbəbi hələlik məlum deyil. Lakin cinayətin ictimaiyyətin gözü qarşısında, gündüz vaxtı şəhərin çoxlu sayda polis patrul xidməti əməkdaşının olduğu yerdə törədilməsi narahatedicidir",- məqalədə yazılıb.
İnsident sosial şəbəkələrin erməni seqmentində də müzakirələrə səbəb olub. İnsanlar ölkədə kriminal durumun pik həddə çatdığını, Ermənistanın sanki 90 və 2000-ci illərin əvvəllərinə qayıtdığını yazırlar.
Tural
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?







.jpg)































