Zədəli Messi meydanlara nə vaxt qayıdacaq?
Bizi izləyin

İdman

Zədəli Messi meydanlara nə vaxt qayıdacaq?

“İnter Mayami”nin hücumçusu Lionel Messi zədəsini sağaldıb.

Publika.az xəbər verir ki, o, MLS-in 1-ci turunda “Los-Anceles”ə qarşı keçiriləcək oyunda iştirak edəcək. Bu barədə ESPN məlumat yayıb.

Görüş fevralın 22-də, bazar günü keçiriləcək. Matç Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.

Fevralın 12-də bildirilmişdi ki, futbolçu Ekvadorun “Barselona” komandası ilə yoldaşlıq oyununda (2:2) zədə alıb. 38 yaşlı argentinalı fevralın 11-də keçirilən məşqi buraxmışdı. Ona sol bud əzələsinin dartılması diaqnozu qoyulmuşdu.

Messinin “İnter Mayami” ilə mövcud müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir. Ötən mövsümdə argentinalı futbolçu bütün turnirlərdə 49 oyunda 43 qol vurub və 26 məhsuldar ötürmə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm