Dünya
Narkokartel liderinin ölümündən sonra Meksika: Hər an hər şey baş verə bilər
"Xalisko Yeni Nəsil" narkokartelinin "El Menço" ləqəbli lideri Nemesio Osequera Servantesin öldürülməsi dünya gündəmini zəbt etməyə davam edir.
Publika.az xəbər verir ki, "Milliyet"ə danışan adının açıqlanmasını istəməyən meksikalı vətəndaş hadisədən sonra ölkədə burulğan kimi yayılan iğtişaşlar barədə məlumat verib.
O, ölkədə həyatın iflic olduğunu və hökümətə inancın tamamən itdiyini bildirib:
“Zorakılıq on ildən çoxdur ki, dayanmır. Yalnız qısa müddətli sülh anları olub. Hadisələrin baş verdiyi Xaliskoda “qırmızı həyəcan” vəziyyətidir. Hər kəs evdədir, çölə çıxmır. Milli futbol matçları və əksər uçuşlar ləğv edilib. Yanacaqdoldurma məntəqələrində və marketlərdə uzun növbələr var. Hər an hər şey baş verə bilər. Bu ehtimal hələ də küçələrdə mövcuddur".
Meksika vətəndaşı ölkədə polisin də kartel üçün işlədiyini iddia edib: "Əksəriyyətimiz polisə etibar etmirik, çünki bir çox polis məmuru rüşvət alır və onlar üçün işləyir. Hətta El Menço da bir müddət polis məmuru olub. Onun tərəfdarlarının çoxu keçmiş polis məmurları və ya silahlı qüvvələrin üzvləri idi".
O, həmçinin El Mençonun ölümü barədə danışıb: "Ölümünə sevinmirəm. Çünki başqa kimsə onun yerini tutacaq. Biz bunu Xoakin “El Çapo” Quzmanla şahid olduq və Menço öz mövqeyini bu şəkildə yüksəltdi. Bu, ilanın başını kəsmək kimidir, hətta kəssəniz belə, daha iki ilan yetişir".
Qeyd edək ki, El Mençonun öldürülməsindən sonra kartellər küçələri yandırıb. Sonrakı hadisələrdə 25 təhlükəsizlik işçisi həyatını itirib, 30 kartel üzvü isə zərərsizləşdirilib. Hadisələrin şiddətləndiyi şəhərlərdə "qırmızı həyəcan" səviyyəsi elan edilib və vətəndaşlara evlərindən çıxmamaq tövsiyə olunub.
Roza
-
Dünya06:1610 yaşlı qız NASA-dan elə bir şey istədi ki... - Foto
-
Elm və təhsil03:18Nazirdən imtahanlarda sual hazırlayanlara müraciət
-
Qoroskop01:40Günün ulduz falı: Güclü emosiyalar sizi sarsıda bilər...
-
Dünya00:45“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı - Foto
-
Nəqliyyat10 Aprel 22:48Bakının mərkəzi ərazilərində yenilik tətbiq ediləcək - Video
-
Magazin110 Aprel 20:36"Nikosayağı" aylar sonra göründü: qardaşının toyunda - Video
-
Dünya10 Aprel 19:50Ukrayna Xəzərdə neft platformalarını vurdu
-
Nəqliyyat10 Aprel 19:30Taksilərlə bağlı qaydalar dəyişdi? - AYNA-dan açıqlama



































