İran etiraz edən tələbələrə "qırmızı xətlər"i xatırlatdı
Bizi izləyin

Dünya

İran etiraz edən tələbələrə "qırmızı xətlər"i xatırlatdı

İran hökumətinin sözçüsü Fatimə Mühacirani universitetlərdə əks fikirli tələbələr arasında baş verən hadisələrlə bağlı mətbuata açıqlama verib.

Publika.az xəbər verir ki, Mühacirani hökumətin universitetlərdəki tələbələri dinləməyə hazır olduğunu bildirərək, onlara bəzi xəbərdarlıqlar edib.

"Tələbələrin etiraz etmək hüququ var, lakin hamımız qırmızı xətlərə hörmət etməliyik. Müqəddəs dəyərlər və bayraq bizim qırmızı xətlərimizdir. Hökumət universitetlərdəki tələbələri dinləməyə hazırdır", - deyə o qeyd edib.

Sözçü tələbələrin qəzəbini başa düşdüklərini, lakin problemlərin dialoq yolu ilə həll edilməli olduğunu vurğulayıb: "Biz inanırıq ki, nə elmin, nə də etiraz edənlərin qarşısı alınmalıdır".

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm