Dünya
Zelenski Trampla açıq münaqişəyə girdi: Hakimiyyətdə əbədi qalmayacaqsan
Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın sülh təşəbbüsünə açıq şəkildə qarşı çıxıb və Vaşinqtonun münaqişəyə son qoymaq üçün təklif etdiyi addımların ardıcıllığı ilə razılaşmadığını bildirib.
Publika.az xəbər verir ki, Amerikanın CNN televiziya kanalının məlumatına görə, maneə təhlükəsizlik formatı olub: Donald Tramp Rusiya ilə sülh müqaviləsi və zəmanət müqaviləsi imzalamaqda israr etsə də, Kiyev öhdəliklərin əvvəlcədən ABŞ Konqresi tərəfindən təsdiqlənməsini tələb edib.
Zelenski Ukraynanın təmas xəttinin dondurulmasını nəzərdən keçirməyə hazır olduğunu vurğulayıb, lakin qoşunlarını Donbasdakı ərazilərdən çıxarmaqdan qəti şəkildə imtina edib.
"Əgər ruslar və ya ruslarla dialoqda olan tərəfdaşlarımız sadəcə ordumuzu istehkamlarından çıxarmaq istəyirlərsə, onda biz bu qədər axmaq ola bilmərik, üzr istəyirəm. Biz uşaq deyilik", - deyə Zelenski "American Broadcasting Company" telekanalında bildirib.
Üstəlik, Zelenski Ağ Ev rəhbərinə sərt hücumlar edərək, onu etibarsızlıqda günahlandırdı və hazırkı ABŞ prezidentinin hakimiyyətdə əbədi qalmayacağını qeyd edib.
Tural
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın



































