Dünya
Türkiyədə Rusiya və Fransa arasında qalmaqal: Ukraynaya görə
Ankaradakı Rusiya və Fransa səfirlikləri sosial mediada Ukrayna ilə bağlı mübahisə ediblər.
Publika.az xəbər verir ki, mübahisə Ankaradakı Rusiya səfirliyinin, öz hesabında Kremlin sözçüsü Dmitri Peskovun mesajını paylaşması ilə başlayıb. Paylaşımda Kremlin sözçüsü Dmitri Peskovun Rusiyanın siyasi və diplomatik həllə açıq olduğu və hər şeyin Kiyevin hərəkətlərindən asılı olduğu barədə açıqlaması yer alıb. Paylaşımda həmçinin Paris və Londonun Kiyevə nüvə silahı vermək niyyətinin beynəlxalq hüquqa zidd olduğu vurğulanıb.
Türkiyədəki Fransa səfirliyi bu paylaşımı sitat gətirərək yazıb: "Guya 3 gün davam edəcək müharibənin 5-ci ilinə daxil olduq və Rusiya hələ də Fransa-Britaniya çəkindirməsinin təhdid olduğunu bəyan edir". Fransanın paylaşıma “təlxək emojisi” də əlavə etməsi isə diqqət çəkib.
Cavabı sitat gətirən Rusiya səfirliyi buna qarşılıq olaraq fransız və türk dillərində açıqlama yayımlayıb. “Fransanın məşhur diplomatiyasından geriyə qalan yeganə şeyin sosial mediada acınacaqlı paylaşımlar etməsi həqiqətən üzücüdür. Həmkarlarımıza xatırlatmaq lazımdır ki, Paris 2014-cü ildən bəri öz ölkəsinin mülki əhalisini, o cümlədən uşaqları və qadınları qətlə yetirən Kiyevdəki nasist rejiminin ən mühüm dəstəkçilərindən biridir. Fransa hökumətini hələ də narahat edən 1812-ci ilin kabuslarıdır?”, - açıqlamada qeyd olunub.
Qeyd edək ki, 1812-ci ildə Fransa Napoleon müharibələrində Rusiyaya məğlub olub və bu, Napoleonun nüfuzuna ciddi zərbə vurub.
Roza
-
Magazin112:28ATV-dən şok qərar - Zaurun da verilişi bağlandı
-
Magazin111:42Tolik qərarını verdi: "Bu gün sizinlə vidalaşıram" - VİDEO
-
Nida Xəbər 10:54Toğrul Turabova yüksək vəzifə verildi - FOTO
-
Nida Xəbər 10:24Ramiz Zeynalov işdən getmək üçün raport yazdı - Səbəb
-
İdman10:14Dünyanın ən cazibədar qadın idmançısı yeni obrazı ilə hər kəsi heyran etdi - Fotolar
-
Sosial09:50Pensiyaçılar üçün mühüm yenilik: 3 illik...
-
Region09:34Paşinyandan ayrılan Akopyanın vida paylaşımı: Məni təhqir etməyin - VİDEO
-
Sosial09:22Ombudsmandan hərbçiləri sevindirəcək təklif

















.webp)














.jpg)



