Məşhur aktrisanın siması ilə nazir obrazı yaradıldı: “Üzümü və səsimi qaytarın” - Foto
Bizi izləyin

Dünya

Məşhur aktrisanın siması ilə nazir obrazı yaradıldı: “Üzümü və səsimi qaytarın” - Foto

Albaniyada aktrisa Anila Bişa üzünün və səsinin süni intellekt vasitəsilə yaradılmış virtual nazir obrazında icazəsiz istifadəsinə etiraz edib.

Publika.az "Milliyet"ə istinadən xəbər verir ki, 2025-ci il sentyabrın 11-də Albaniyanın Baş naziri Edi Rama süni intellekt tərəfindən yaradılmış “Diella” adlı virtual personajın Korrupsiyaya Qarşı Mübarizə Nazirliyinə təyin olunduğunu elan edib.

Lakin sonradan məlum olub ki, ənənəvi alban geyimində təqdim olunan virtual nazir Diellanın üzü və səsi 57 yaşlı aktrisa Anila Bişaya məxsusdur və bu, onun icazəsi olmadan həyata keçirilib.

30 illik aktrisalıq fəaliyyəti ərzində siyasətdən uzaq duran Bişa, süni intellekt avatarının siyasi fiqur kimi təqdim edilməsinə etiraz edir. O bildirib ki, Diellaya görə müxalifət və hökumət əleyhdarlarının nifrət və şifahi hücumlarına məruz qalıb.

Bişa avatarın ləğvi tələbi ilə inzibati məhkəməyə müraciət etsə də, məhkəmə iddianı rədd edib. Aktrisa indi insan hüquqlarının pozulması iddiası ilə 1 milyon avro məbləğində təzminat tələb edən yeni məhkəmə işi qaldırmağa hazırlaşır. Tiranada yaşayan aktrisa bildirib ki, ölkə daxilində nəticə əldə edə bilməsə, işi Avropa İnsan Hüquqları Məhkəməsinə daşıyacaq.

“Üzümü və səsimi geri verin. Məndən istifadə etməyin”, - deyə o hökumətə müraciət edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm