ABŞ öz pilotsuz aparatını vurdu
Bizi izləyin

Dünya

ABŞ öz pilotsuz aparatını vurdu

Pentaqon Daxili Təhlükəsizlik Nazirliyinə məxsus olan drona qarşı güclü lazer sistemindən istifadə edib.

Publika.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə El Paso yaxınlığında yerləşən kiçik sərhəd şəhəri üzərindəki hava məkanında baş verib. Bu isə Federal Mülki Aviasiya İdarəsini (FAA) bölgədə hava məkanını bağlamağa məcbur edib.

Məlumata görə, Gömrük və Sərhəd Xidməti dronun havaya buraxılması barədə idarəyə məlumat verməyib. Qeyd olunur ki, bu, lazer silahının FAA-nın təsdiqi olmadan artıq ikinci dəfə tətbiq edilməsidir və ekspertlərin fikrincə qanun pozuntusudur.

Bir gün əvvəl isə amerikalı hərbçilər Texas ştatında sadə hava şarlarını vurmaq üçün gizli lazer silahından istifadə ediblər. "The Wall Street Journal" qəzetinin məlumatına görə, əsgərlər hava şarlarını narkokartellərə məxsus pilotsuz uçuş aparatları ilə səhv salıblar.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm