İrandan ABŞ-a xəbərdarlıq: Bu, dağıdıcı nəticələrə gətirib çıxaracaq
Bizi izləyin

Dünya

İrandan ABŞ-a xəbərdarlıq: Bu, dağıdıcı nəticələrə gətirib çıxaracaq

İran İsrail və ABŞ-a müqavimət göstərməyə davam edəcək və ona qarşı nüvə silahından istifadə olunsa belə, təslim olmayacaq.

Publika.az İran mediasına istinadən xəbər verir ki, bunu Tehran Universitetinin professoru Məhəmməd Marandi deyib.

O, ABŞ prezidenti Donald Trampın İrana qarşı daha intensiv zərbələr endirəcəkləri ilə bağlı açıqlamasını xatırladıb. "Amerika lideri bunu edə bilər, amma İran təslim olmayacaq, çünki o, ləyaqət və şərəfə malik müstəqil dövlətdir", - professor qeyd edib.

Marandinin sözlərinə görə, İrana qarşı nüvə silahının istifadəsi dağıdıcı nəticələrə gətirib çıxaracaq: “Belə bir nəticə bütün ölkələr üçün nüvə silahı hazırlamağa çağırış olacaq. Tehran müdafiə müharibəsi aparır və buna görə də heç bir təhdidi qəbul etməyəcək”.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm