Dünya
NATO-nun şərq sərhədində gərginlik: Əhali narahatdır - Nə baş verir?
Litva prezidenti Gitanas Nauseda və Çexiya prezidenti Petr Pavel Litva ilə Belarus arasındakı dövlət sərhədinə gediblər.
Publika.az xəbər verir ki, bu barədə Litva lideri özünün "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Nauseda Avropa İttifaqı və NATO-nun şərq sərhədlərinin Rusiya və Belarus tərəfindən daimi təzyiq altında olduğunu vurğulayıb. Bildirib ki, bu istiqamətdə müdafiənin gücləndirilməsi Alyans ölkələri üçün ən vacib vəzifələrdən biridir: "NATO-nun şərq sərhədinin təhlükəsizliyi birbaşa bütün Avropanın təhlükəsizliyi deməkdir".
Litva lideri həmçinin ölkəsinin ABŞ-ın İranla bağlı mümkün əməliyyatları üçün öz logistik infrastrukturunu təqdim etməyə hazır olduğunu da diqqətə çatdırıb.
Sərhəd təhlükəsizliyi müzakirə olunduğu bir vaxtda, Çexiyada miqrasiya siyasəti ilə bağlı ciddi narazılıqlar baş qaldırıb. "Azadlıq və Birbaşa Demokratiya" (SPD) hərəkatının lideri Tomio Okamura "Idnes" portalına müsahibəsində ölkədəki xaricilərin, xüsusən də ukraynalıların sayının artmasından şikayətlənib.
Onun sözlərinə görə, Praqada artıq hər üç nəfərdən biri xaricidir və yerli sakinlər ictimai yerlərdə Ukrayna dilinin çoxluğundan narahatdırlar. Okamura ukraynalı işçi qüvvəsinin axınının maaş səviyyəsinə mənfi təsir etdiyini də iddia edib.
Adəm
-
İdman16:02Messiyə "Barselona"da bu vəzifə veriləcək
-
Sosial13:30Əlli min müəllim ixtisar oluna bilər - HƏYƏCAN SİQNALI
-
Sağlamlıq12:59Bu gecə Yer kürəsi vurulacaq - Xəbərdarlıq edildi
-
Sosial12:13Bu universitetdə erməni dilində kurslar təşkil edildi
-
Nida Xəbər 11:47Baş nazirdən quru sərhədlərlə bağlı mühüm açıqlama
-
Sosial11:18Mayda 14 gün qeyri-iş günü olacaq
-
Nida Xəbər 11:03Milli Məclisin iclası başladı
-
Nida Xəbər 10:36Ali Məhkəmədən mühüm qərar
















.jpg)



















