Dünya
ABŞ sanksiyaları yumşaltdı: Rusiya neftini almaq istəyənlər hərəkətə keçdi
Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev ABŞ-ın Rusiya neftinə qarşı sanksiyalarının yumşaldılmasının ilkin nəticələri barədə danışıb.
Publika.az xəbər verir ki, “RİA Novosti” agentliyi onun sözlərini sitat gətirib.
Tailand hakimiyyətinin Rusiya neftinin alınması ilə bağlı danışıqlara hazır olduqlarını bəyan etməsi xəbərini şərh edən Dmitriyev qeyd edib ki, getdikcə daha çox ölkə Rusiya karbohidrogenlərini əldə etməyə başlayır.
Dmitriyev əvvəllər ABŞ Maliyyə Naziri Skott Bessentin təkcə Hindistanın Rusiya neftinin idxalına qoyulan məhdudiyyətlərin yumşaldılmasını deyil, həm də tranzitdə olan təxminən 100 milyon barel Rusiya neftinə qoyulan bütün məhdudiyyətlərin aradan qaldırıldığını elan etdiyini bildirmişdi. Dmitriyevin sözlərinə görə, ABŞ hakimiyyəti faktiki olaraq etiraf edib ki, Rusiya enerji ehtiyatları olmadan qlobal bazar sabit qala bilməz.
Tural
-
İdman16:02Messiyə "Barselona"da bu vəzifə veriləcək
-
Sosial13:30Əlli min müəllim ixtisar oluna bilər - HƏYƏCAN SİQNALI
-
Sağlamlıq12:59Bu gecə Yer kürəsi vurulacaq - Xəbərdarlıq edildi
-
Sosial12:13Bu universitetdə erməni dilində kurslar təşkil edildi
-
Nida Xəbər 11:47Baş nazirdən quru sərhədlərlə bağlı mühüm açıqlama
-
Sosial11:18Mayda 14 gün qeyri-iş günü olacaq
-
Nida Xəbər 11:03Milli Məclisin iclası başladı
-
Nida Xəbər 10:36Ali Məhkəmədən mühüm qərar















.jpg)



















