Dünya
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Türkiyədə nəqliyyat vasitələrində edilən bəzi dəyişikliklərlə bağlı yeni cərimələr tətbiq olunacaq.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi açıqlama verib.
Onun sözlərinə görə, nəqliyyat vasitələrində zavod istehsalı olan səs və ekran sistemlərinin istifadəsinə icazə verilir. Lakin musiqinin ətrafdakı insanları narahat edəcək səviyyədə səsləndirilməsi 3 min lirə (təxminən 115 manat) cərimə ilə nəticələnə bilər.
Nazir həmçinin vurğulayıb ki, nəqliyyat vasitəsinin orijinallığını dəyişdirən əlavələr qadağandır. Avtomobilə sonradan planşet, əlavə video sistemləri, gücləndirici və ya əlavə dinamiklər quraşdırılması sürücünün diqqətini yayındırdığı üçün qanunla məhdudlaşdırılıb.
Belə dəyişikliklərə görə isə 21 min lirəyə (təxminən 800 manat) qədər cərimə tətbiq ediləcək. Çiftçi sürücülərə bu cür əlavələri 1 aprelə qədər aradan qaldırmaq üçün vaxt verildiyini qeyd edib.
Roza
-
Sosial13:30Əlli min müəllim ixtisar oluna bilər - HƏYƏCAN SİQNALI
-
Sağlamlıq12:59Bu gecə Yer kürəsi vurulacaq - Xəbərdarlıq edildi
-
Sosial12:13Bu universitetdə erməni dilində kurslar təşkil edildi
-
Nida Xəbər 11:47Baş nazirdən quru sərhədlərlə bağlı mühüm açıqlama
-
Sosial11:18Mayda 14 gün qeyri-iş günü olacaq
-
Nida Xəbər 11:03Milli Məclisin iclası başladı
-
Nida Xəbər 10:36Ali Məhkəmədən mühüm qərar
-
İdman10:18Trampın Ceyk Polla rəqsi gündəm oldu - VİDEO












.jpg)


.jpg)


.jpg)

















