Dünya
Türkiyəyə qarşı plan: Afina və Təl-Əvivdən yeni hərbi razılaşma
Yunanıstan Şərqi Aralıq dənizində Türkiyəyə qarşı hərbi balansı dəyişmək istiqamətində addımlarını sürətləndirir. Afina hökuməti İsraillə müdafiə sahəsində əməkdaşlığı genişləndirərək yeni saziş imzalayıb.
Publika.az “Hürriyet”ə istinadən xəbər verir ki, məlumata görə, iki ölkənin müdafiə nazirləri arasında əldə olunan hökumətlərarası razılaşmaya əsasən, Yunanıstan İsraildən PULS çoxlüləli raket buraxıcı sistemlərinin alınmasına başlayıb.
Yunanıstan mediası yazır ki, təxminən 750 milyon dollar dəyərində olan bu müqavilə Türkiyənin “Bora” və TRG-300 raket sistemlərinə cavab kimi qiymətləndirilir.
Bildirilir ki, əsas məqsəd Meriç çayı və Egey dənizi istiqamətində müdafiə xəttini gücləndirməkdir. Alınacaq PULS sistemləri 3 milyard avro büdcəyə malik və gələn il istifadəyə verilməsi planlaşdırılan “Axilles qalxanı” hava hücumundan müdafiə sisteminə inteqrasiya ediləcək.
Saziş çərçivəsində İsrailin 18 ay ərzində Yunanıstana 36 ədəd buraxılış qurğusu təhvil verəcəyi qeyd olunur. Müqaviləyə həmçinin geniş sursat təminatı, logistika dəstəyi və şəxsi heyət üçün təlim proqramları da daxildir.
Qeyd olunub ki, ABŞ da bu prosesdə alternativ təkliflə çıxış edib. Lakin Afina 300 kilometr mənzilli, hazır və sertifikatlaşdırılmış raket sistemləri təklif edən İsrail variantına üstünlük verib.
İsrail Müdafiə Nazirliyinin açıqlamasına əsasən, Təl-Əviv növbəti 10 il ərzində sistemlərə texniki xidmət və dəstək göstərməyi də öhdəsinə götürüb.
Müəllif: Roza
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop22 Aprel 17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz





















.png)














