Dünya
ABŞ heç bir məqsədinə nail olmadı - Metyu Brayza
“ABŞ strateji məqsədlərindən heç birinə nail olmayıb və Pakistanın vasitəçilik etdiyi atəşkəs yalnız müvəqqəti və taktiki xarakter daşıyır”.
Bu fikri Publika.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirdi.
Onun sözlərinə görə, ABŞ-ın əldə etdiyi tək şey atəşkəs müqabilində Hörmüz boğazının yenidən açılmasıdır:
“Lakin bu, bütün hərbi kampaniya baxımından strateji məqsəd sayılmır, çünki Hörmüz boğazı ABŞ və İsrail İrana hücum etməzdən əvvəl də tam işlək vəziyyətdə idi. Ümumiyyətlə, ABŞ-ın strateji məqsədlərinin nə olduğu belə aydın deyil, çünki prezident Donald Tramp günbəgün, hətta eyni gün ərzində dəyişən müxtəlif məqsədlər səsləndirir”.

Ekspert onu da qeyd etdi ki, əldə olunan atəşkəs danışıqların yenidən başlanması üçün müvəqqəti imkan və vaxt yaradacaq:
“Bildirildi ki, İran rejimi danışıqların aparılmadığını deyib, amma bu doğru deyil. Çünki ABŞ Pakistan vasitəsilə on beş maddəlik plan təqdim edib. İran isə həmin planı rədd etdiyini açıqlayıb və özünün beş maddəlik planını təqdim edib ki, bu da artıq danışıqlar deməkdir. Buna görə də bu iki həftəlik atəşkəsi yaxşı xəbər adlandırmaq olar”.
Müəllif: Roza
-
ABŞ08:49ABŞ səfirliklərinə görün hansı göstəriş verildi
-
Ekologiya08:24Azərbaycanda yaz fəsli olmayacaq? - Hazır olun, hava kəskin dəyişir
-
Sosial07:55Heyvan bazarlarında sərt qaydalar tətbiq ediləcək - Video
-
ABŞ05:15ABŞ Yaxın Şərqdəki təyyarədaşıyan gəmisini geri çağırır - Nə baş verir?
-
Region02:00Türkiyədə leysan yağışları daşqına səbəb oldu - Ölən var
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə qazanc gətirəcək
-
Sosial29 Aprel 22:32Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
-
ABŞ29 Aprel 20:48Pentaqon İrandakı əməliyyatın xərclərini açıqladı












.png)




















