Ağ Evdə “ağ bayraq”: "Dünya lideri" hər şeyi itirdi - Avropadan kapitulyasiya iddiası
Bizi izləyin

Dünya

Ağ Evdə “ağ bayraq”: "Dünya lideri" hər şeyi itirdi - Avropadan kapitulyasiya iddiası

Ağ Evdə “ağ bayraq”: "Dünya lideri" hər şeyi itirdi - Avropadan kapitulyasiya iddiası

ABŞ prezidenti Donald Trampın İranla əldə etdiyi atəşkəs razılaşması beynəlxalq aləmdə bomba effekti yaradıb. İtaliyanın nüfuzlu "La Repubblica" qəzeti bu razılaşmanı Vaşinqtonun tam məğlubiyyəti və diplomatik kapitulyasiyası kimi qiymətləndirib.

Publika.az xəbər verir ki, italyan nəşri Trampın hərbi əməliyyatın əvvəlində vəd etdiyi heç bir hədəfə çatmadığını iddia edir.

Müharibənin əvvəlində Tehranda hakimiyyət dəyişikliyi çağırışları edən Tramp, münaqişənin sonunda geri addım atmalı olub. İdarəolunmaz hala gələn proseslər Ağ Evin hədəflərini dəfələrlə dəyişməsinə səbəb olub. Sonda isə əsas prioritet rejimi devirmək yox, İranın blokadaya aldığı Hörmüz boğazını açmaq olub.

İranın Hörmüz boğazını bağlaması nəticəsində yaranan iqtisadi böhran Trampın öz seçicilərini də ona qarşı qaldırıb. Yanacağın bahalaşması və tədarük zəncirindəki qırılmalar Trampın daxili siyasi mövqelərini ciddi şəkildə sarsıdıb.

İranın təqdim etdiyi 10 bəndlik təklif paketi ABŞ tərəfindən "danışıqlar üçün əsas" kimi qəbul edilib. Sənəddə sanksiyaların ləğvi, Vaşinqtonun vurduğu ziyana görə təzminat ödəməsi, İranın uranı zənginləşdirmə hüququnun tanınması, Hörmüz boğazı üzərində Tehranın nəzarəti davam etdirməsi tələb olunur.

Qəzet sonda belə bir sual ünvanlayır: Əgər nəticə belə olacaqdısa, Tramp bu müharibəyə niyə başladı?

Məqalədə vurğulanır ki, atəşkəs, çox güman ki, Amerika diplomatiyası və hərbi qüdrəti üçün məğlubiyyət kimi qəbul ediləcək.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm