Dünya
Netanyahu ABŞ-İran razılaşmasını belə pozmağa çalışır - Avropadan iddia
İsrailin Baş naziri Binyamin Netanyahu Livandakı “Hizbullah” hədəflərinə hücumlar etməklə İranla atəşkəsi pozmağa cəhd edə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa rəsmisinə istinadən məlumat yayıb.
Nəşrin mənbəsi bildirib: "Netanyahu bu yolla atəşkəsi pozmağa çalışa bilər".
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bir müddət əvvəl İsrailin Livana hücumunun ABŞ və İran arasında əldə edilən atəşkəsin pozulması olduğunu bildirib.
Eyni zamanda, ABŞ prezidenti Donald Tramp İsrailin Livana hücumlarının dayandırılmasının İranla atəşkəs razılaşmasında yer almadığını deyib.
Aprelin 8-də İsrail hava qüvvələri Beyrutun mərkəzi Məzraa, Manar, Eyn əl-Mreis və Barbur məhəllələrini, eləcə də cənub ətrafındakı səkkiz məhəlləni vurub.
“Əl-Cəzirə” Livan Mülki Müdafiəsinə istinadən xəbər verir ki, dünən İsrailin Livana qarşı genişmiqyaslı hücumları nəticəsində 250-dən çox insan həlak olub, 1165 nəfər yaralanıb.
Müəllif: Tural
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial30 Aprel 20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA
-
Sosial30 Aprel 20:36Paytaxt sakinlərinin NƏZƏRİNƏ: bu yollar təmirə bağlanır - FOTO
-
Dünya30 Aprel 19:48Cəsədlərinin qalıqları kiçik qutularda ailələrinə təhvil verildi














.png)
.jpg)














