Dünya
Rusiyadan NATO-ya xəbərdarlıq: Fəlakətli nəticələrə səbəb ola bilər
NATO-nun Kola yarımadasında Rusiyanın strateji obyektlərinə qarşı yönəlmiş fəaliyyəti birbaşa hərbi toqquşma təhlükəsi yaradır.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Norveçdəki səfiri Nikolay Korçunov “TASS”a müsahibəsində bildirib.
“Şübhəsiz ki, NATO ölkələrinin hərbi infrastrukturunun və hücum xarakterli silah sistemlərinin sərhədlərimizə yaxınlaşdırılması Rusiyanın milli təhlükəsizliyi üçün təhdid yaradır”, - deyə diplomat qeyd edib.
Səfir vurğulayıb ki, alyansın qarşıdurmanı gücləndirən fəaliyyəti Arktikada təhlükəsizliyi və qlobal sabitliyi sarsıdır.
Onun sözlərinə görə, bu, nəzarətsiz eskalasiya riskini artırır və hamı üçün fəlakətli nəticələrə gətirib çıxara biləcək birbaşa hərbi toqquşmaya sürüklənmə ehtimalını yüksəldir.
Müəllif: Roza
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər


























.png)


.jpg)




