Dünya
Macarıstanda hakimiyyətə gələn Madyarın ətrafındakı qalmaqallar - Skandal səs yazısı...
Xəbər verdiyimiz kimi, Macarıstanda keçirilən seçkilərdə Tisa Partiyası qalib gəlib. Məlumata görə, səslərin 60,24%-i sayıldıqdan sonra “Tisa” 136 mandat qazanaraq konstitusion çoxluq əldə edib. Bu, ölkə tarixində inqilabi seçki kimi qiymətləndirilir.
Publika.az xəbər verir ki, Tisa Partiyasının lideri Peter Madyar 1981-ci ildə Macarıstanda anadan olub.
Təhsilini Budapeştdə və Berlindəki Humboldt Universitetində Erasmus proqramı çərçivəsində başa vurub.
2004-cü ildə Pazmany Peter Katolik Universitetinin Hüquq fakültəsindən dərəcə alıb. Peşəkar karyerasına Metropolitan Məhkəməsində başlayıb və hüquq imtahanlarını verdikdən sonra beynəlxalq hüquq sahəsində çalışıb.
Səs yazısı qalmaqalı
Madyar ilk dəfə sabiq prezident Katalin Novakın prezident əfvi qalmaqalından sonra hökumət rəsmilərini tənqid etdiyi üçün gündəmə gəldi. 2024-cü ilin fevralında o, həmin vaxt ədliyyə naziri olan həyat yoldaşının xəbəri və razılığı olmadan gizlicə qeydə aldığı bir səs yazısını yayımladı. Bu yazıda Macarıstan prezidenti Katalin Novakın 2023-cü ilin aprelində dövlət tərəfindən idarə olunan bir uşaq evinin direktor müavini Endre Konyanı əfv etdiyi üzə çıxdı. Bundan sonra baş verən hökumət əleyhinə etirazlar nəticəsində nazir olan həyat yoldaşı Varqa istefa verdi və siyasətdən getdiyini açıqladı.
Keçmiş həyat yoldaşının bu açıqlamasından bir neçə saat sonra Madyar dövlət qurumlarındakı vəzifələrindən istefa verəcəyini bildirdi.
Çoxminlik mitinqlər
Macar İnqilabının (1848) ildönümündə – 15 mart 2024-cü ildə on minlərlə insanın qatıldığı bir mitinq təşkil etdi. Bu, onu müxalifəti birləşdirən bir gücə çevirdi. Daha sonra 2024-cü ilin aprelində keçirilən Avropa Parlamenti seçkilərində namizəd oldu və seçildi.
O, bir dövr hakimiyyətə yaxın fiqur kimi tanınsa da, sonradan hökumətə qarşı açıq tənqidi mövqe tutaraq siyasətə aktiv şəkildə qoşulub.
Sürətli yüksəlişin səbəbi
Onun çıxışları əsasən Baş nazir Viktor Orban rəhbərliyinə qarşı yönəlib. Madyar hökuməti korrupsiya, şəffaflığın olmaması və dövlət institutlarının zəiflədilməsi ilə bağlı ittiham edir.
Analitiklər onun sürətli yüksəlişini ölkədə yeni siyasi alternativin formalaşması kimi qiymətləndirirlər. (Globalinfo.az)
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
























.png)


.jpg)



