Nida Təhlil
Əliyev İrəvandakı tədbirdə “erməni tabuları”nı alt-üst etdi - Tarixi çıxış
Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin İrəvanda keçirilən 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib. Bu, Azərbaycan liderinin Ermənistanda keçirilən tədbirdə onlayn formatda olsa da, ilk iştirakı baxımından tarixi məqam hesab oluna bilər.
Əliyev çıxışında Azərbaycan-Ermənistan sülh razılaşmaları, bu istiqamətdə atılan praktiki addımları – tranzit qadağasının aradan qaldırılması, ticarət münasibətlərinin qurulması, yük daşımalarının həyata keçirilməsi və s. – diqqətə çatdırdı. Və Avropa Komissiyasından fərqli olaraq, Avropa Parlamenti və AŞPA-nın sülh prosesinə maneələr yaradan qərarlar qəbul etdiyini, bunun üç səbəbdən qaynaqlandığını vurğuladı:
- Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa edib;
- Qarabağda separatçılığa son qoyub;
- Müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib.
Əliyev bunu Avropa təsisatlarının sülhə qarşı mövqeyi kontekstində dilə gətirsə də, əsas məqam ermənilər üçün tabu olan bu məsələlərin İrəvanda keçirilən tədbirdə məhz Azərbaycan lideri tərəfindən səslənməsi idi. Bu, “erməni planları”nın məhv edildiyi reallığının bu dəfə İrəvanda elan edilməsi baxımından da tarixi məqamdır.
Əliyevin çıxışında sülhlə bağlı dedikləri, “prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir” sözləri seçki kampaniyasında Paşinyana üstünlük qazandırır. Çünki opponentləri Ermənistan hakimiyyətinin sülh gündəliyinə Azərbaycanın adekvat münasibət sərgiləmədiyi iddiasından çıxış edir. Azərbaycan liderinin İrəvandakı tədbirdə “sülhə sadiqik” bəyanatı isə Ermənistan hakimiyyəti üçün seçki mübarizəsində ciddi istinad nöqtələrindən biri olacaq.
Asif Nərimanlı
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov















.jpg)


















