Dünya
Kraliça Yelizaveta ömrünün sonunda ağlını itiribmiş - Sensasion iddia
Britaniya kral ailəsi ətrafında sular durulmaq bilmir. Tanınmış kral bioqrafı Endryu Launi Oksford Ədəbiyyat Festivalındakı çıxışı zamanı hər kəsi şoka salacaq iddialar irəli sürüb.
Publika.az xəbər verir ki, bioqrafın sözlərinə görə, kraliça II Yelizaveta ömrünün son illərində dəli olub və faktiki olaraq fəaliyyət qabiliyyətini itirib.
Launi iddia edir ki, həmin dövrdə kraliça hələ sağ olsa da, ölkəni pərdəarxasında hazırkı kral - onun böyük oğlu Çarlz idarə edirdi.
Launinin ən qalmaqallı iddiası isə kraliçanın kiçik oğlu, adı seksual cinayətlərdə hallanan şahzadə Endryu ilə bağlıdır. O bildirib ki, kraliçanın öz oğlunun ağır cinayətlərinə göz yummasının səbəbi onun anlaqsız vəziyyətdə olması idi: “İnsanlar başa düşmürlər ki, o, ömrünün sonunda tamamilə ağlını itirmişdi. Endryu onun yanına qalxır və nələrisə əldə etmək üçün anasını qorxudub şantaj edirdi”.
Lakin bu iddialarla hamı razı deyil. "Daily Mail" nəşrinin tanınmış yazarı Riçard İden bioqrafa etiraz edərək bildirib ki, o, həmin illərdə kraliçanı şəxsən görüb. İdenin sözlərinə görə, II Yelizaveta qonaqlarla olduqca məntiqli və dərin söhbətlər aparıb, onda heç bir demensiya (ağıl zəifliyi) əlaməti müşahidə olunmayıb.
Xatırladaq ki, Şahzadə Endryu bir neçə ildir ki, uşaqlara qarşı cinsi istismar iddiaları ilə üzləşir. Bunlardan ən çox səs-küy salan hadisə, Virciniya Roberts-Cuffrin ona qarşı iddiası idi. Şahzadə məhkəməyə çağırılmaqla və and içərək ifadə verməyə məcbur edilməklə üzləşib. Dindirmədən yayınmaq üçün Roberts-Cuffreyə 12 milyon funt sterlinq ödəməyə razı olub.
Qalmaqaldan sonra şahzadə kral ailəsinin yüksək vəzifəli üzvü statusundan uzaqlaşdırılıb və daha sonra titul və rütbələrinin əksəriyyətindən məhrum edilib. Roberts-Cuffrenin xatirələri dərc olunmazdan əvvəl şahzadə könüllü olaraq hersoqluqdan imtina edib.
Müəllif: Adəm
-
Dünya20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər





























.png)


.jpg)



