İnsanlar ölməzdən əvvəl nə görürlər?
Bizi izləyin

Dünya

İnsanlar ölməzdən əvvəl nə görürlər?

İnsanlar ölməzdən əvvəl nə görürlər?

İnsanlar ölüm anına yaxın dünyasını dəyişmiş yaxınları ilə bağlı yuxular görürlər.

Publika.az xəbər verir ki, bu barədə “New Scientist” nəşri məlumat yayıb.

Tədqiqatçıların sözlərinə görə, ölümcül xəstələrin yuxuları həyatın sonuna yaxınlaşdıqca daha emosional olur. Həkimlər həmçinin qeyd ediblər ki, bu cür görüntülər xəstələrə təsəlli verir və ölüm qorxusunu azaldır.

Nəşrin məlumatına görə, xəstələr ən çox dünyasını dəyişmiş yaxınlarını və ya ev heyvanlarını yuxuda görürlər. Bundan əlavə, insanlar yuxularında qapılar, pilləkənlər və ya parlaq işıq da görə bilərlər.

Tədqiqat zamanı klinik ölüm keçirən pasiyentlər ruhlarının bədəndən ayrıldığını və maddi formadan kənarda mövcudluğunu davam etdirdiyini təsvir ediblər.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm