Dünya
İki Asiya ölkəsi 50 milyard dollarlıq müqavilə imzaladı
Cənubi Koreya və Hindistan 2030-cu ilə qədər ticarət həcmini 50 milyard dollara çatdırmağı hədəfləyirlər.
Publika.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Bildirilib ki, Hindistana səfər edən Cənubi Koreya prezidenti Li Ce Myun Yeni Dehlidə Hindistanın baş naziri Narendra Modi ilə görüşüb.
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Li qeyd edib ki, onlar iki ölkə arasında ticarət və investisiyaların artırılmasını müzakirə ediblər.
Li əlavə edib ki, iki ölkə Hindistanla Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin (CEPA) yenilənməsi ilə bağlı danışıqları sürətləndirmək və ikitərəfli ticarət həcmini 2030-cu ilə qədər təxminən 25 milyard dollardan 50 milyard dollara çatdırmağı hədəfləyir.
Modi həmçinin danışıqların bu il yenidən başlayacağını və prosesi mümkün qədər tez başa çatdırmaq üçün səy göstərəcəklərini vurğulayıb.
Yaxın Şərqdəki son hadisələrə diqqət çəkən tərəflər, bölgədəki qeyri-müəyyənliklər qarşısında enerji təchizatı zəncirlərini sabitləşdirmək üçün əməkdaşlığı artırmaq barədə razılığa gəldiklərini qeyd ediblər.
Müəllif: Roza
-
ABŞ19:00İranla razılaşma bu gün axşam imzalanacaq - Tramp
-
Nida Xəbər 18:50Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər - Açıqlama
-
Rəsmi xronika17:28İlham Əliyev fərman imzaladı
-
Sosial17:00Əli Əsədov qərar imzaladı
-
Dünya15:36Türklər Rusiyanın bu şəhərinə axın edirlər: Səbəb nədir?
-
Sosial14:20AzTV-də dəyişikliklər: Bəzi şöbələr birləşdirilir, islahatlar başlayır
-
Sosial13:49Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi
-
Sosial12:33Pensiya alanlara şad xəbər!















.jpg)




















